Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Məmmədli kənd icra nümayəndəliyinin, RİH-də təcrübə keçən könüllülərin və İctimai Şuranın üzvlərinin təşəbbüsü ilə növbəti iməcilik aksiyası “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib.
Aksiya zamanı müvafiq təmizləmə (rekultivasiya) işləri aparılıb. Məmmədli-Digah avtomobil yolunun ərazisində 400-dən yuxarı əkilmiş mövcud ağaclara qulluq edilib , ətraf sahələr məişət tullantılarından təmizlənib, texnika ilə hamarlandırılıb.
Qeyd edək ki, Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə rayonun bütün kənd və qəsəbələrində vaxtaşırı təmizlik və abadlıq işləri aparılır. Son zaman rayonda 10 mindən çox ağac əkilib.