Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar

Tarix:16-06-2021, 19:29
Baxış Sayı:126

Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.

Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.
Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.
Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.

X X X

Sonra prezidentlər və ailə üzvləri avtobusla Cıdır düzünə yola düşdülər.
Prezident İlham Əliyev: Bu, “Qarabağ” otelidir. Bu da atamın dövründə tikilmişdi. Ermənilər ancaq onun iki mərtəbəsindən istifadə edirdilər.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bəs, digər mərtəbələr?
Prezident İlham Əliyev: Bərbad durumda idi.
Prezident Rəcəb Tayyib Ərdoğan: İndi bərpa olunur?
Prezident İlham Əliyev: Bəli, bərpa işləri başlayıb. Üç-dörd aya başa çatdırılacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bu binada, hava limanında işlər başa çatandan sonra buraya turistlər də gəlməyə başlayacaq.
Prezident İlham Əliyev: Siz qaldığınız da işləmirdi.
Bilal Ərdoğan: O da var idi?
Prezident İlham Əliyev: Sovetlər dönəmində o da var idi. Bu, yaşayış yeridir. Bu, müharibədən qalan yerlərdir. Bu isə Gövhərağa məscididir. Bunu da biz təmir etmişik.
Prezident Rəcəb Tayyib Ərdoğan: İndi istifadə edilirmi?
Prezident İlham Əliyev: Bəli. Keçən dəfə biz Mehribanla gəlib burada dualar etdik. Burada bir məscid yarıdağılmış vəziyyətdə idi. Bu da bulaqdır.
Əminə Ərdoğan: Burada nə qədər bulaq var imiş?
Prezident İlham Əliyev: Burada 17 bulaq var. Çünki Şuşada 17 məhəllə olub, 17 məscid olub, 17 bulaq olub. Ermənilər bizim binalarımızı bax, bu vəziyyətə salıblar.
Bilal Ərdoğan: Yəni, səfalət içində yaşayırdılar?
Prezident İlham Əliyev: Bəli, səfalət içində yaşayırdılar. Bu binaların hamısı sovetlər dönəmindən qalanlardır. Baxın, bunlar müharibənin izləridir. Burada küçə döyüşləri gedirdi. Buralar hamısı belə dağılmış vəziyyətdir.
Prezident Rəcəb Tayyib Ərdoğan: Xarıbülbül.
Prezident İlham Əliyev: Xarıbülbül bu gülün, çiçəyin adıdır.
Bilal Ərdoğan: Sadəcə, burada bitir?
Prezident İlham Əliyev: Bəli, biz onu orada göstərəcəyik. O da Vaqifin məqbərəsidir. Qarabağ xanının vəziri olub.
Prezident Rəcəb Tayyib Ərdoğan: Yeni inşa edilib?
Prezident İlham Əliyev: Onu mənim atam tikdirmişdi. Ermənilər sökdülər. Biz indi bərpa edirik. Bir aya hazır olacaq. Molla Pənah Vaqif İbrahimxəlil xanın vəziri, eyni zamanda, çox məşhur şair olub. 1982-ci ildə mənim atam onun məzarı üstündə bax, bu məqbərəni inşa etdirmişdi. Ermənilər də onu sökmüşdülər.
İndi biz Şuşanın tarixi bir yerinə - Cıdır düzünə gedirik.

Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
İradə Gülməmmədova  600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
Vaqif poeziya günləri bərpa edildi
Vaqif poeziya günləri bərpa edildi
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Abşeronda  pandemiya əleyhinə aparılan  genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Ölkəmiz hərtərəfli inkişaf edir
Ölkəmiz hərtərəfli inkişaf edir
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil