Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib

Tarix:17-02-2018, 17:07

Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib


16.02.2018-ci il tarixdə Abşeron rayon Poliklinkasında növbəti sanitar marifləndirici tədbir keçirilib.

Bu dəfə Abşeron rayonunun yaşlı sakinləri ilə görüş təşkil olunub, onlara düzgün qidalanma və hipertoniya xəstəliyi haqqında məlumat verilib.

Yığıncaqda poliklinikanın sahə həkimləri S. Qaragözova və B. Süleymanova tərəfindən mühazirə oxunub.

Marifləndirici tədbirdə bildirilib ki, hipertoniya xəstəliynin əsas simptomu arterial təzyiqin qalxmasıdır. Buna səbəb arterial təzyiqi tənzimləyən neyrohumoral mexanizləmlərdə olan pozulmalardır. Bu xəstəlik 40 yaşından sonra qadınlar və kişilər arasında eyni nisbətdə rast gəlinir. Sistolik arterial təzyiq 140 mm.cst, və daha çox və diastolik arterial təzyiq 90mm.cst, və daha çox olan hala arterial hipertenziya deyilir. Arterial hipertenziya gündəlik təcrübədə “yüksək qan təzyiqi” termini kimi də işlədilir. Hipertoniya xəstəliyini simptomatik arterial hipertenziyadan fərqləndirmək lazımdır. Simptomatik arterial hipertenziya hər hansı bir xəstəliyin simptomu kimi meydana çıxır. Simptomatik arterial hipertenziya daha çox böyrək xəstəlikləri böyrək arteriyalarının okklüzion zədələnməsi bəzi endokrin xəstəliklər(itsenko kuşinq xəstəliyi, feoxromositoma, I li aldosteronizm konn sindromu) aortanın koarktasiyası, aorta və onun iri şaxələrinin aterosklerozu zamanı müşahidə olunur.

Hipertoniya xəstəliynin yaranmasının əsas səbəbi həddindən artıq sinir gərginlikdir. Bu xəstəlik ağır psixi travmalar keçirmiş uzunmüddətli və güclü stresə məruz qalmış daimi diqqət tələb edən yuxu və istirahət rejimini pozan səs küy vibrasiya təsiri çox rast gəlinir.

Hipertoniya xəstəliyinə təkanverici amillər: qeyri düzgün həyat tərzi, siqaretçəkmə spirtli içkilərdən sui istifadə xörək duzunun artıq miqdarda istifadəsi endokrin sistem funksiyasının yaşla əlaqədar dəyişilməsi bunu hipertoniya xəstəliynin çox vaxt klimakterik dövrdə rast gəlməsi təsdiqləyir. Hipertoniya xəstəliyində başlıca rolu irsiyyət faktoru oynayır. Valideynlərində bu xəstəlik olanlarda hipertoniyanın yaranması təsadüfi deyil. İlkin dövrlərdə xəstələr nevrolji pozulmalardan şikayət edir. Onları ümumi halsızlıq iş qabiliyyətinin azalması diqqət dağınıqlığı yuxusuzluq keçici baş ağırları başda ağırlıq baş gicəllənmə qulaqlarda küy, ürəkdöyünmə narahat edir. Sonradan fiziki iş zamanı, pilləkən qalxdıqda, qaçdıqda təngənəfəslik yaranır. Xəstəliyin əsas obyektiv göstəricisi sistolik və diastolik arterial təzyiqin qalxamasıdır. Xəstənin obyektiv müayinsəi zamanı əsasə dəyişikliklər ürək qan damar sistemində tapılır. Xəstəliyin başlanğıc dövründə arterial təzyiqini qalxması, aorta üzərində II tonun aksenti nəbzin gərginliyi və dolğunluğunun artması görünür. Xəstəliyin son dövrlərində isə ol mədəciyin hipertrofiyası əlamətləri. Zirvə vurğusunun güclənməsi, ürəyin sol hüdudunun dəyişməsi sol trəfə doğru baş verir. Ürək qan damar sistemindəki beülə dəyişiklikləri instrumental müayinə metodlarından istifadə etməklə təsdiqləmək olar. Hipertoniya xəstəliyinin uzunmüddət davam etməsi damarların, ilk növbədə ürək, böyrək, baş beyin damarlarının, gözün torlu qişasının damarlarının zədələnməsi nə səbəb olur. Xəstələrdə stenokardiya, miokard infakrtı hemorragik və işemik insult kəskin və xroniki qan dövranı çatmamazlığı kimi xəstəliklər arterial hipertoniyanın fəsadı olaraq meydana çıxır.hipertonik kriz arterial təzyiqin qısamüddətdə qəflətən artmasıdır. Səbəb psixi travmalar sinir gərginliyi atmosfer təzyiqinin dəyişikliyi ola bilər. Təzyiqin qəflətən qalxması bir neçə saatdan bir neçə günə kimi davam edir. Bu zaman xəstədə güclü baş ağrıları, başgicəllənmə, istibasma, tərləmə, ürəkdöyünmə ürək nahiyəsində sancı şəklində ağrılar, görmənin pozulması, ürəkbulanma, qusam hallarda huşun itirilməsi də görünür. Hipertoniya xəstəliyi zamanı kompleks terapiya aparılır. Birinci növbədə əmək və istirahət rejimi normallaşdırılmalı, siqaretçəkmədən imtina etmək kifayət qədər yuux, müalicəvi gimnastika ilə məşğul olmaq tövsiyyə olunur. Medikamentoz müalicədə isə hiptenziv preparatlar: adrenoblokatorlar, diuretiklər, angiotenzin çevirici ferment ingibitorları, angiotenzin reseptorlarını blokatorları, kalsium antoqonistləri istifadə olunur.
Qeyd olunub ki, qidalanma insanın sağlamlıq göstəricilərinə əhval ruhiyyəsinə, əmək qabiliyyətinə və uzun ömürlülüyünə təsir edən əsas faktorlardan biridir. Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur.Qidalanma zamanı qidanın miqdarına və qidalanma rasındakı müddət mütləq nəzərə alınmalıdır. Gün ərzində 3-4 dəfə qidalanma tövsiyyə edir:

Birinci səhər yeməyi. Rasionun sutkalıq kaloriliyinin 25%-ni , ikinci səhər yeməyinin 15%-ni , nahar yeməyi 30%-ni, şam 20%-ni təşkil etməlidir. Yatmazdan əvvəl süd turşulu içkilər və meyvə şirələrinin qəbulu yaxşı olar. Tam və mükəmməl qidanın heç bir dərman preparatı əvəz edə bilməz.

Vurğulanıb ki, Qidanı ağızda yaxşı çeynəmək lazımdır. Çünki bu qəbul olunan qidanın daha yaxşı mənimsənilməsinə təsir edir. Doyma mərkəzi beyində yerləşdiyi üçün qida tələsik qəbul olunmamalıdır.Hər gün 2.5 litrdən 3 litrə qədər su içmək lazımdır. Su həm qida və təmizləyicidir, həm də orqanizmdə gedən bütün maddələr mübadiləsinin ayrılmaz hissəsidir. Bədən tempraturunu tənzimləyir, həzmə prosesini asanlaşdırır, zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir. Səhər yataqdan qalxan zaman bir stəkan su iməkdə fayda var. Su yeməkdən yarım saat əvvəl içilməlidir, yemək əsanasında və yeməkdən dərhal sonra su imək məsləhət deyil.
Qəbul edilən qidalar çox çeşitli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi azaldır, iştahanı öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir.
İnsanın qida rasionunda 5 əsas tərkib hissəsinə ehtiyac duyulur. Bunlara: zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr aiddir. MÜxtəlif yaş dövrlərində insan orqanizminin heyvani və bitki mənşəli qida məhsulları arasındakı nisbət dəyişə bilər.
Zülallar insan bədənin 10% dən çox hissəsini təşkil edir. Saçların isə 78% i keratin adlı zülaldan ibarətdir. Zülallar lazımi qədər heyvan və bitki mənşəli məhsullarda olur. Bunlara: kəsmik, süd, yumurta pendir, yağsız ət, qoz, paxlalılar aiddir.

Karbohidratlar enerjinin əsas mənbəyidir, onlar ağ və qara çörək, meyvə, giləmeyvə, düyü, kartof və s. olur.

Yağlar doymuş və doymamış olur.Doymuş yağlar heyvan mənşəli ərzaqlarda olur(kərəyağı, qaymaq), doymamış yağlar isə əsasən bitki mənşəli ərzaqlarda, qozda olur. Rasionda doymuş yağların çox miqdarda olması ürək, damar xəsdəliklərinin yaranmasına gətirib çıxarır.
Sonra insan orqanizmdə 40-a yaxın vitamin və mineral maddələr vardır, insan da təbiətin bir hissəsi olduğu üçün, təbiətdə olan bir çox minerallar insan orqanizmində az da olsa mövcuddur.Və onların çatışmamazlığı bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.Belə ki, dəmir anemiyanın profilaktikasında vacib rol oynuyur və çatışmazlığı qan azdığına gətirib çıxarır. Yod çatışmazlığı qalxanvari vəzdə, eləcə də uşaqlarda əqli inkişafdan geri qalma, hamilə qadınlarda uşaq salma , lal, kar, kor uşaqların doğulmasına səbəb ola bilər. Yod dəniz məhsullarında, qozda daha çoxdur. Eləcə də vitaminlərdən “A” vitamin toyuq korluğu, “D” vitamin çatışmazlığı raxit, “C” vitamin çatmamzlığı sinqa xəstəliyinin yaranmasına səbəb olur.

Düzgün qidalanma- sağlamlığın bütün istiqamətlərində özünü göstərməsidir. O istənilən yaşda enerji , sağlamlıq və gözəllikdir. Düzgün qidalanmanın əsas formulası özünüzü artıq kalorilərlə yükləməyin və çoxlu hərəkət edin.

Sonda tədbir iştirakçılarına sağlamlıqlarının qorunması üçün müxtəlif çaylar və pəhriz nümunələri paylanılıb.

Məlumat üçün bildirək ki, toplantı Abşeron rayon Poliklinkasının baş həkim vəzifəsinin müvəqqəti icraçısı Əminə İsmixanovanın təşkilatçılığı ilə həyata keçirilib.

Şamo Əliyev

Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib
Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib
Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib
Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib
Abşeron rayon Poliklinkasında növbəti marifləndirici tədbir keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib