Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
18-02-2018, 18:47 Oxunub: 570

Ürək üçün xeyirli bitkilər

Ürək üçün xeyirli bitkilər


Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.

Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.

Ürək üçün faydalı müalicəvi bitkilər:

1. Yemişan

Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır.

Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:

- 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir.

- 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.

2. Nanə

Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.

- 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.

3. Peyğəmbərgülü

Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.

- Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için.

4. Pişikotu kökü

Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.

- 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.

- Pişikotu kökü - 2 çay qaşığı, nanə - 2 çay qaşığı, quru yemişan meyvələri - 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.

5. Boymadərən

Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.

- Boymadərən - 2 çay qaşığı, pişikotu kökü - 3 çay qaşığı, mayaotu toxumu - 2 çay qaşığı, badrənc - 3 çay qaşığı. Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.

6. Çaytikanı

Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir.

Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.
XƏBƏR LENTİ
Dünən, 19:22 | Novxanı sakinlərinə şad xəbər - yeni kanalizasiya xətləri çəkilirDünən, 17:22 | 58 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcəkDünən, 16:54 | Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilibDünən, 14:27 | Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün14-10-2019, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb14-10-2019, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkib14-10-2019, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıb14-10-2019, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıb14-10-2019, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib