Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Pilot ərazilərdəki tibb işçilərinə təlim keçirilib

Tarix:24-04-2018, 23:12

Pilot ərazilərdəki tibb işçilərinə təlim keçirilib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aprelin 24-də qurumun tabeçiliyinə verilən tibb müəssisələrində yeni doğulmuşlara qulluq edən tibb işçiləri üçün praktik təlim təşkil edib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təşkil edilən praktik təlimdə adıçəkilən xəstəxanada, eləcə də Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanalarında işləyən 20 həkim - neonatoloq və orta tibb işçisi iştirak edib.
Bu barədə Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib. Təlim Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatologiya bölməsinin baş elmi işçisi Züleyxa Mikayılova və neonatologiya bölməsinin elmi işçisi, pediatr Dinara Dadaşova tərəfindən keçirilib. Təlim materialları Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən tərtib edilib.

Təlim zamanı iştirakçılar sağlam yeni doğulmuş uşağa ilkin baxış və qulluq, yeni doğulmuşların ilkin reanimasiyası tədbirləri, ağciyərlərinin köməkçi ventilyasiyası, ürəyin xarici masajı, vaxtından əvvəl doğulmuş körpələrə xüsusi qayğı və qulluq qaydaları, kuvez və digər tibbi avadanlıqlardan düzgün istifadə qaydaları sahəsində öz bilik və bacarıqlarını artırıblar.

Təlimdə neonatologiyada istifadə edilən müasir texnologiyalar, yeni doğulmuşlarda tez-tez rast gəlinən xəstəliklər, xüsusilə də təcili və təxirəsalınmaz halların erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşmalar haqqında məlumat verilmiş, tibb işçilərinin praktiki bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə praktiki təcrübə aparılıb.

Qeyd edək ki, pilot tibb müəssisələrində çalışan tibb işçiləri ötən həftə Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin, DST və BMT-nin Əhali Fondunun birlikdə təşkil etdiyi “Doğuşda ana ölümü ilə nəticələnməyən kritik halların təhlili” mövzusunda keçirilən təlimdə də iştirak ediblər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib