Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə rayonun kənd və qəsəbələrindəki tibb müəssisələrinin həyətlərində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.Aksiyada səhiyyə işçiləri tərəfindən tuya, eldar şamı, sərv ağacları əkilib. Mövcud ağacların dibi yumşadılıb,aqrotexniki qulluq göstərilib.