Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
27-05-2019, 17:49 Oxunub: 364

Orucun insan orqanizminə təsirinin tibbi aspektləri

Orucun insan orqanizminə təsirinin tibbi aspektləri


Mehdiabad qəsəbə həkim ambulatoriyasının təşkilatçılığı ilə qəsəbə Məscidində “ Orucun insan orqanizminə təsirinin tibbi aspektləri ” mövzusunda marifləndirici tədbir keçirilib.

Marifləndirici tədbirdə çıxış edənlərdən Mehdiabad həkim ambulatoriyasının baş həkimi Qənitə İsmayılova, ailə həkimi Rəsmiyyə Həsənova və həkim-laborant Sefa Süleymanova bildiriblər ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur. İnsan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən, ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Qeyd edilib ki, oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır. Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur.

Məlumat velib ki, oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Orucun insan orqanizminə təsirinin tibbi aspektləri
Orucun insan orqanizminə təsirinin tibbi aspektləri
Orucun insan orqanizminə təsirinin tibbi aspektləri
Orucun insan orqanizminə təsirinin tibbi aspektləri
Orucun insan orqanizminə təsirinin tibbi aspektləri
XƏBƏR LENTİ
Bu gün, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurBu gün, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildiBu gün, 09:54 | Təzyiq ölçə bilən ağıllı saat - Asus VivoWatch SPBu gün, 09:52 | Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandıDünən, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTODünən, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlərDünən, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLUDünən, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilirDünən, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edibDünən, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edibDünən, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏRDünən, 11:44 | Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edibDünən, 10:41 | Mixəyin müalicəvi təsirləriDünən, 10:40 | Badımcanın özü kimi saplaqları da FAYDALIDIRDünən, 10:38 | Qaraciyəri sağlam saxlamaq istəyənlər üçün. FAYDALI İÇKİDünən, 10:38 | Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaqDünən, 09:29 | Apple şirkəti yeni biometrik identifikasiya texnologiyası üzərində çalışırDünən, 09:27 | Bu günə qədərki ən qara material istehsal edildiDünən, 09:26 | Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb15-09-2019, 15:30 | Abşeronda gənclər təmizlik aksiyası keçirib14-09-2019, 18:17 | Abşeronda “Koreya səfiri kuboku” turniri keçirilib13-09-2019, 17:56 | İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü