Abşeron qəzetinin yeni sayı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
13-02-2020, 19:09 Oxunub: 243

Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib


Abşeron Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Abşeron RİH-nin əməkdaşı Tofiq Abdullayev tədbirdə çıxış edərək ölkəmizdə son illər səhiyyə sistemində aparılan uğurlu islahatlardan danışıb. O, respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir mühüm tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır. İcbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova ölkəmizdə tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi barədə iştirakçılara məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış edib. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

XƏBƏR LENTİ
Bu gün, 15:33 | Abşeron rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirildi15-02-2020, 08:51 | Abşeron rayonunda 4 qəsəbə və 1 kəndin yolları təmir edilir14-02-2020, 16:13 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib14-02-2020, 16:06 | İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü13-02-2020, 19:09 | Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib13-02-2020, 18:15 | Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub13-02-2020, 11:49 | ELAN – İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək12-02-2020, 13:51 | İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR11-02-2020, 14:46 | Avropa çempionatında püşkatma - "Qarabağ"ın rəqibləri bilindi11-02-2020, 09:23 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək9-02-2020, 20:25 | Abşeronda Kimlər qalib oldu? - “Exit-poll”un ilkin nəticələri5-02-2020, 10:58 | Dövlətimizin siyasətində gənclər mühüm yer tutur5-02-2020, 08:59 | Abşeronun 14 yaşlı şahmatçısının uğurları artır5-02-2020, 08:49 | Abşeron rayonunun Ceyranbatan qəsəbəsində böyük tingçilik təsərrüfatı yaradılacaq1-02-2020, 16:39 | Masazırın Şıxəli Qurbanov küçəsinə yeni asfalt örtüyü döşənir - Video1-02-2020, 16:25 | Mehdiabad bələdiyyəsi genişmiqyaslı işlərə başladı1-02-2020, 09:00 | Abşeron Könüllülərindən möhtəşəm aksiya1-02-2020, 08:44 | Xırdalan şəhər 11 illik musiqi məktəbində “Balaca virtuoz” adlı müsabiqə keçirilib30-01-2020, 19:39 | Abşeronda könüllülərlə görüş keçirildi30-01-2020, 19:26 | Abşeronda 2 Fevral Gənclər Günü qeyd edildi29-01-2020, 18:14 | İradə Gülməmmədova Masazır kəndinin təmir olunacaq küçələrinə baxış keçirdi29-01-2020, 18:12 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü