Abşeron Rayon İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin rəisi Rauf Hüseynovun anadan olmasının 50 illiyi qeyd edilib. Yubilyarın iş yoldaşları onu əlamətdar gün münasibətilə təbrik edib, fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Bildirilib ki, R.Hüseynovun çalışdığı müddətdə kollektivin dərin hörmətini qazanıb, öhdəsinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, rayon ictimaiyyəti arasında böyük hörmət qazanıb.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova R.Hüseynovu işinə məsuliyyətli işçi kimi xarakterizə edərək rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və anadan olmasının 50 illik yubileyi münasibətilə ona fəxri fərman təqdim edib.
R.Hüseynovun göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, iş yoldaşlarına minnətdarlığını bildirib.