Absheron Media
Haqqımızda Bizimlə əlaqə

YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Tarix:26-01-2017, 16:42

YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarına artıq start verilib.

Bu məqsədlə YAP Abşeron rayon təşkilatı Xırdalan şəhər 2 saylı tam orta məktəbin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.İclası giriş nitqi ilə məktəbin direktoru Ədalət Camalova açıq elan edərək qonaqları salamladı və gündəlikdə duran məsələlər barədə konfrans iştirakçılarına məlumat verdi. Bildirdi ki, gündəlikdə ərazi ilk partiya təşkilatının hesabatının və təşkilati məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sonra ərazi ilk partiya təşkilatının sədri Dilarə Əlisultanova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2016-cı ildəki fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. Ərazi ilk partiya təşkilatı YAP-ın Abşeron rayon təşkilatının təşkilatçılığı ilə keçirilən bir sıra layihələrə qoşulub.

Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başladı və müzakirəyə çıxarılan bütün məsələlər barədə qərarlar qəbul edildi.

Yığıncaqda çıxış edən partiya üzvləri hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.

Daha sonra təşkilatın yeni tərkibi müəyyən olunub, X konfransa nümayəndələr seçilib. Dilarə Əlisultanova yeni sədr, Elşən Quliyev və Sevinc Abdullayeva sədr müavinləri, rayon təşkilatının X konfransına 1 nəfər nümayəndə seçilib.

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək məktəb rəhbərliyinə və iclas iştirakçılarına partiyanın fəaliyyətində yaxından iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Daha sonra qeyd etdi ki, prezident, YAP-ın sədri cənab İlham Əliyevin apardığı siyasətin nəticəsi bütün dünyanın gözü qarşısındadır. Azərbaycanda həyat səviyyəsi gündən-günə yüksəlir, və bütün sahələrdə-incəsənət, iqtisadiyyat, idman, təhsil sahəsində önəmli irəliləyişlər əldə olunur. B.Vəliyev təhsilə göstərilən diqqət və qayğıdan bəhs edərək qeyd etdi ki, təhsil ocaqlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi üçün ölkənin bütün regionlarında çox böyük işlər görülür və bu məsələ hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bundan sonrada bu istiqamətdə aparılan işlər uğurla davam etdiriləcəkdir.

Sonda Bilman Vəliyev ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, yeni seçilmiş İdarə Heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə öz tövsiyyələrini bildirdi və onlara işlərində uğurlar arzuladı.

Şamo Əliyev

YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Abşeron rayon ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir