2010-cu ildə burada Heydər Əliyev Fondunun və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. İnternat evi kompleksinə ikimərtəbəli inzibati bina, dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunub, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılıb. Buraya əqli və fiziki cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq var. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları yaradılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır. İnternat evinin həyətində kiçik çörək sexi də açılıb. Bu, uşaqların keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına imkan verir.İnternat evində həmcinin 2013-cu ildə Leyla xanımda iştirak edib və əqli və fiziki cəhətdən qüsuru olan uşaqlarla görüşüb.Onuda qeyd edimki Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Cənabları həftə ici daim olaraq buraya baş cəkir,uşaqlardan öz maddi və mənəvi dəstəyin əsirgəmir.
Baş Redaktor: Şamo Əliyev