Son 7 il ərzində Abşeron rayonunda gedən abadlıq işləri heç kimin gözündən yayınmır.Xüsusi ilə rayonun mərkəzi olan Xırdalan şəhəri günü-gündən böyüyür, gözəlləşir, paytaxt şəhərimizdən geri qalmır.Yeni yaşayış binaları, fasadı yenilənən köhnə binalar, insanlara xidmət göstərən müəssisələrin yenilənmiş binaları, sakinlərin istirahəti üçün salınan parklar şəhərə xüsusi bir ecazkar görünüş verir.
Bu günlərdə Xırdalan şəhərində yerləşən Ulu öndərin adını daşıyan parkda möhtəşəm bina- Hedər Əliyev Mərkəzi inşa olunur.Bu mərkəz yaxınlarda sakinlərə xidmət üçün istifadəyə veriləcək.Mərkəzdə xüsusən gənclərin asüdə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılacaq.Tikinti 3500 kvadrat metr ərazini əhatə edir
Sizlərə hal-hazırda gedən işlərin görüntülərini təqdim edirik.
Redaktor:Çinarə Sadıqova