Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib

Tarix:27-02-2018, 00:09

Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib


Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.

Fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb. Müsahibəni təqdim edirik.

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni
xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin
telekanala təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən qanlı
səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl
azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və
işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü
ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu,
erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

Bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor
təşkilatları, ictimaiyyət “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu
heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı
soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək
qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik.

Müxbir: İlham Heydər oğlu, bu müsahibəyə, bizimlə vaxt tapıb görüşdüyünüzə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Müxbir: Bu, dövlət üçün kədərlidir.

Prezident İlham Əliyev: Bu gün bizimlə burada olduğunuza görə bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun.

Müxbir: İştirak etməkdən məmnun olduq.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib