Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

Tarix:28-02-2018, 17:29

Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

Səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi, Misir xalqının Azərbaycana və
Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası
Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə etdi. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirdi, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğuladı. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirdi.

Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirlə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxundu.

Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib