Martın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə əlaqədar olaraq KİV nümayəndələri üçün tədbir təşkil edəcək.
Bunu bu gün Komissiyanın iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M.Pənahov deyib ki, tədbirdə bloqerlər də iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.