Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
14-03-2018, 12:55 Oxunub: 234

Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə maliyyə vəsaiti ayırıb

Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə maliyyə vəsaiti ayırıb


Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. 1997-2017-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6000-dən çox mənzil verilib.

Sərəncamda qeyd olunur ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
XƏBƏR LENTİ
Dünən, 17:11 | Xırdalanın 17 saylı bağçasında Payız bayramı qeyd olundu-VideoDünən, 15:28 | Bağçada “Təhlükəsiz həyat” mövzusunda məşğələDünən, 14:43 | İradə Gülməmmədova vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi17-11-2018, 19:09 | Xırdalanda yeni alternativ yol çəkilir-FOTOLAR17-11-2018, 19:00 | Xırdalan şəhərinin küçə və dalanlarına yeni asfalt örtük çəkilir-FOTOLAR17-11-2018, 16:10 | Körpə fidanlar Milli Dirçəliş Günü qeyd ediblər16-11-2018, 18:47 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib16-11-2018, 15:48 | Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib16-11-2018, 15:41 | Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib16-11-2018, 15:35 | Prezident İlham Əliyev: "Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir"16-11-2018, 11:23 | İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib16-11-2018, 11:15 | Abşeron idmançısı ABŞ-da dünya çempionu oldu (Video+Foto)16-11-2018, 10:38 | Nazirin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda16-11-2018, 10:36 | KXDR ən müasir yüksəktexnologiyalı silahı sınaqdan keçirib15-11-2018, 21:22 | Abşeron idmançıları dünya çempionatından qızıl medalla qayıtdılar15-11-2018, 18:12 | Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Açıq məşğələ" keçirildi15-11-2018, 18:03 | Xırdalanda “Fərqli dil, fərqli bir ruh” adlı seminar keçirilib.15-11-2018, 17:57 | Xırdalan bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi15-11-2018, 15:35 | Prezident İlham Əliyev Bakıya yeni icra başçısı təyin etdi15-11-2018, 15:30 | Prezident İlham Əliyev: Ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır15-11-2018, 15:20 | Səfir: Azərbaycan "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa üçün ən cəlbedici ölkədir15-11-2018, 15:12 | Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub