Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Prezidenti: Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir

Tarix:27-03-2018, 02:38

Azərbaycan Prezidenti: Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir


Keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı bildirib: “Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər bir komanda kimi fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və elə etməliyik ki, biz bu mövsümü maksimum səmərə ilə başa vuraq.

Mən əmək resursları ilə bağlı rəqəmləri səsləndirdim. İki yüz minə yaxın insan bu işlərə cəlb edilmişdir. Rayonlarda əmək resurslarını müəyyənləşdirmək onları bu işlərə dəvət etmək üçün yerli icra orqanları işləməlidirlər, məlumat verilməlidir. Yəni, hər gün pul qazanmaq üçün pambıqçılıq çox əlverişli bir sahədir və rayonlarda da əmək resurslarımızın təhlili ciddi aparılmalıdır. Çünki son illər ərzində Azərbaycanda artan iqtisadi fəallıq nəticəsində on minlərlə yeni iş yeri yaradılıb, o cümlədən özəl sektorda. Çünki indi dövlət özəl sektora çox böyük dəstək verir”.

İ lham Əliyev qeyd edib ki, keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir:

“Bu ilin iqtisadi göstəriciləri ürəkaçandır. İki ay ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz artmışdır. O cümlədən bitkiçilik 40 faizdən çox artmışdır. Ona görə bu iqtisadi fəallıq əlbəttə ki, özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Eyni zamanda, pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində çox fəal işlər aparılır. Orada da yeni iş yerləri yaradılır. Artıq bir neçə ildir ki, mənim təşəbbüsümlə dövlət tərəfindən yaradılmış ictimai işlərə vətəndaşlar cəlb olunurlar. Mənə dünən verilən məlumata görə, təkcə Bərdə şəhərində yüzlərlə insan ictimai işlərə cəlb olunub, digər şəhərlərdə də mənzərə təxminən eynidir. Ona görə biz əmək resurslarımızı bilməliyik. Həm mərkəzi, həm də yerli icra orqanları bunun təhlilini aparmalıdırlar. Biz gələcək iqtisadi inkişafımızı, o cümlədən əkin sahələri ilə bağlı planlarımızı, ümumiyyətlə iqtisadi sahə ilə sənaye sahəsi ilə bağlı planlarımızı əmək resurslarımızın düzgün təhlilinin aparılması üzərində qurmalıyıq.

Bizdə demoqrafik dinamika çox müsbətdir, əhali artır. Yaxın gələcəkdə on milyon səviyyəsinə çatacaq. Bu, bizim böyük üstünlüyümüzdür və biz əmək resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. O cümlədən, builki mövsümdə bu sahəyə ciddi fikir verilməlidir. Bir sözlə, mən əminəm ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq. Bu il biz daha da yaxşı nəticələrə çatacağıq, məhsuldarlıq, pambığın tədarükü artacaq və pambıqçılığın inkişafı bundan sonra da sürətlə gedəcək”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib