Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
28-03-2018, 23:10 Oxunub: 511

Birinci vitse-prezident Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

İran İslam Respublikasının nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını bildirdi, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğuladı. Mehriban Əliyeva Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. “Son illər Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər”, - deyən Birinci vitse-prezident nəqliyyat sahəsindəki əlaqələri xüsusi qeyd etdi və bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini bildirdi.

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ölkəmizə səfərindən məmnunluğunu bildirdi, Azərbaycan ilə İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu dedi və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğuladı. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Qonaq ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırdı. Məsumə İbtikar Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək, bu layihələrin uğurla icra olunduğunu vurğuladı.
XƏBƏR LENTİ
3-04-2020, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb