Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Küveytin Baş naziri: Azərbaycan ilə əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazıram.

Tarix:29-03-2018, 22:55

Küveytin Baş naziri: Azərbaycan ilə əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazıram.


Martın 29-da Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin Baş naziri Şeyx Cabir Mübarək Əl-Haməd Əl-Sabah ilə görüşüb.

Küveytdəki səfirliyimizdən bildiriblər ki, görüşdə Azərbaycan rəhbərliyinin Küveyt ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edən E.Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını deyib.
Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveyt ilə münasibətlərinə toxunan səfir mövcud əlaqələrin yaranmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğulayıb. Səfir Ümummilli Liderin təməlini qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafından və beynəlxalq aləmə inteqrasiyasından, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızdan söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveyt Dövlətinin ölkəmizə göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün sürətlə inkişaf edən ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilir. Səfir, həmçinin Azərbaycanın elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətlər barədə də Baş nazirə ətraflı məlumat verib. O, Azərbaycan tərəfindən Bakının “Expo-2025”-ə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubun Beynəlxalq Sərgilər Bürosuna təqdim edildiyini deyib.

Baş nazir Şeyx Cabir Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, Prezident İlham Əliyevin və Küveyt Əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. O, Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə edib. Küveytin Baş naziri vurğulayıb ki, Azərbaycan ilə əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazırdır.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır