Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Tarix:24-12-2013, 13:50

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşreron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz qardaşım,
Doğum gününüz münasibətilə Sizi təbrik edir, gələn ilin də uğurlarla bol olmasını arzulayıram.

Üçüncü müddətə prezident seçilməyiniz Azərbaycan xalqının Sizə yüksək etimadının nəticəsidir. Prezidentliyinizin əvvəlki iki müddətində olduğu kimi, yeni dövründə də uğurlar və cansağlığı ilə dolu günləriniz olacaqdır.
Möhtərəm xanımınız Mehriban Əliyevaya da xüsusi ehtiramımı çatdırıram.

Qardaş Azərbaycanda bizə göstərdiyiniz sevgi və qonaqpərvərliyin şahidi olmaqdan məmnunam.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm. Sizə, hörmətli xanımınıza və ailənizin bütün üzvlərinə xoş günlər diləyirəm.

Gözlərinizdən öpürəm".


Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına daimi dəstəyinizə və sanballı töhfənizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin intensiv inkişafını böyük məmnuniyyətlə qeyd edirəm.

Əmin olduğumu bildirirəm ki, bizim səylərimiz sayəsində xalqlarımızın rifahı naminə Astana ilə Bakı arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.

Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".


“LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
İcazə verin, doğum gününüz münasibətilə Sizi “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində coşqun yaradıcı fəaliyyətiniz sayəsində öz həmvətənlərinizin dərin hörmətini, həmkarlarınızın və tərəfdaşlarınızın yüksək etimadını qazanmısınız.

Sizin rəhbərliyinizlə Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf təmin edilmiş, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlıq genişləndirilmiş və şaxələndirilmiş, daxili bazara xarici sərmayələr cəlb edilməsi üçün əlverişli şərait yaradılmışdır.

Fürsətdən istifadə edib, Sizə “LUKoyl” ASC-nin ölkənizdə fəaliyyətini dəstəklədiyinizə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Əmin ola bilərsiniz ki, biz Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da Sizinlə birgə işləməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram".

“Transneft” Səhmdar Şirkəti” ASC-nin vitse-prezidenti Vladimir Ruşaylo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram"


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikasının inamlı sosial-iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq etmişdir.

Belarus və Azərbaycanın strateji tərəfdaşlığı ilbəil möhkəmlənir, perspektivli birgə layihələrlə zənginləşir. Belarus Respublikası ilə münasibətlərin inkişafına Sizin şəxsi diqqətiniz qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında mühüm rol oynayır.

Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".


Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Əziz dostum,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə mətinlik, sevgi, müdriklik, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər diləyirəm.

Eyni zamanda, Yeni ildə ən xoş arzularımı qəbul edin. Sizin istəklərinizin, arzularınızın və diləklərinizin çin olmasını, bütün niyyətlərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin ölkələrimizin müntəzəm siyasi dialoqu və sahəvi nazirliklər arasında fəal qarşılıqlı münasibətlər sayəsində səmimi və konstruktiv xarakter daşıyan əməkdaşlıqdan ürəkdən məmnun olduğumu bildirim.

Son dövrlər ölkələrimiz arasında münasibətlər üçün xüsusilə əhəmiyyətli olmuşdur.

Hörmətli cənab Prezident, 2013-cü ildə Sizinlə şəxsən dəfələrlə görüşməyimdən, istər mənim Azərbaycanda səfərdə olduğum dövrdə Sizin qonağınız kimi, istərsə də Şərq Tərəfdaşlığının Vilnüsdə keçirilmiş sammiti çərçivəsində görüşümüzdən çox məmnunam.

Danışıqlarımızın xeyli hissəsi nəqliyyat şəbəkəsinin inkişafı məsələsinə həsr edilmişdir. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu yaxınlarda aviasiya sahəsində ciddi irəliləyişə nail olmuşuq. Dekabr ayında Riqa aeroportunda Azərbaycan logistika mərkəzi yaradılması barədə Bakıda müqavilə imzalanmışdır.

Cənab Prezident, səmərəli əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verərək Latviya ilə Azərbaycan arasında münasibətlərin formalaşmasına şəxsi töhfənizə görə Sizə bir daha təşəkkür etmək istərdim. Çox ümid edirəm ki, yaxın vaxtlarda imkan tapıb Latviyaya səfərə gələcəksiniz.

Sizə dərin hörmətimə əmin olun. İcazə verin Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim və ən xoş arzularımı bildirim".


Çin Xalq Respublikasının sədri Si Tszimpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Sizi ad gününüz münasibətilə təbrik etməyi və xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Çin ilə Azərbaycan dost və tərəfdaş dövlətlərdir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldığı vaxtdan 21 il keçmişdir. Çin ilə Azərbaycan arasında dostluq münasibətləri sabit və dinamik inkişaf edir. Çin tərəfi bu münasibətlərin səviyyəsindən razıdır.

Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına Sizin töhfənizi, həmçinin uzun illər boyu bütün sahələrdə ikitərəfli əməkdaşlığı fəal inkişaf etdirməyinizi yüksək qiymətləndirirəm. Ölkələrimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin ilə Azərbaycan arasında ənənəvi dostluğun, ikitərəfli siyasi etimadın möhkəmlənməsinə, münasibətlərimizin daha da inkişaf etməsinə və ölkələrimizin xalqlarının rifahının yaxşılaşmasına yönəlmiş səyləri Sizinlə bərabər davam etdirmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.
Ölkənizə və xalqınıza firavanlıq arzulayıram".


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoşbəxtlik, möhkəm cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən tükənməz həyat eşqi və enerji, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüs və səylərinizdə yeni uğurlar diləyirəm".



Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz zəngin həyat yolu keçmiş istedadlı rəhbər və təşkilatçısınız. Geniş təfəkkür və Azərbaycan xalqının mənafelərinə sədaqət Sizi fərqləndirən cəhətlərdir. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, dostluq və əməkdaşlıq daha da inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasının əmin-amanlığı, firavanlığı, çiçəklənməsi naminə səmərəli fəaliyyət diləklərimi qəbul edin".


Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının sabiq prezidenti Vayra Vike-Freyberqa və başqaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri,
Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar diləyirik.

Müstəqil Azərbaycanın – dinamik inkişaf edən müasir dövlətin uğurları Sizin Prezidentliyinizlə bağlıdır. Ölkənizin iqtisadi, sosial sahələrdə əldə etdiyi böyük nailiyyətlər, beynəlxalq arenada gündən-günə artan rolu həqiqətən yüksək təqdirə layiqdir.

Sizin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz çox böyük dəstək sayəsində Mərkəz gözlənildiyindən daha yüksək səviyyədə bir reallığa çevrilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə göstərdiyiniz səmimiyyətə və xeyirxahlığa görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik.
Biz tam əminik ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Mərkəzin daha böyük uğurlar qazanması üçün çox işlər görə bilərik.

Möhtərəm Prezident, xahiş edirik ən dərin ehtiramımızı, Sizə şəxsi rifah və Azərbaycan xalqının tərəqqisi naminə davamlı uğurlar arzularımızı qəbul edin.

Hörmətlə,

Vayra Vike-Freyberqa
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının sabiq prezidenti

İsmail Seragəldin
Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

Tarja Halonen
2000-2012-ci illərdə Finlandiyanın sabiq prezidenti

Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstan Respublikasının
sabiq prezidenti

Mixeil Saakaşvili
2004-2013-cü illərdə Gürcüstanın sabiq Prezidenti

Valter Füst
Global Ethics.net portalının prezidenti

Giuli Alasaniya
Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri

Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın sabiq prezidenti

Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın sabiq prezidenti

Jorj Sampayo
1996-2006-cı illərdə Portuqaliyanın sabiq prezidenti

Roza Otunbayeva
2010-2011-ci illərdə Qırğız Respublikasının
sabiq prezidenti

Valdis Zatlers
2007-2011-ci illərdə Latviya Respublikasının sabiq prezidenti

Marianna V.Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri

Qarri Yakobs
Dünya Elm və Mədəniyyət Akademiyasının baş icraçı direktoru

Susan Qrinfild
Böyük Britaniyanın Lordlar Palatasının üzvü

Timur Alasania
Nizami Gəncəvi Beynəlxalq Mərkəzin baş məsləhətçisi

İvo Slaus
Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti

Nafis Sadik
BMT baş katibinin xüsusi müşaviri".


Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Abşeron xəbər AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsi Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Əminəm ki, strateji tərəfdaşlıq prinsiplərinə, çoxəsrlik möhkəm dostluq tellərinə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək, yeni məzmunla zənginləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram".

Redaktor: Ələkbərova Vəfa

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib