Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Türkiyədə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfransın bölmə iclası keçirilib.

Tarix:14-04-2018, 23:12

Türkiyədə ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfransın bölmə iclası keçirilib.


Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb.

İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, növbəti bölmə iclası Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda təşkil edilib.

Konfransın “Heydər Əliyev və türk dünyası” mövzusunda növbəti bölmə iclası aprelin 13-də Türkiyənin Atatürk Universitetində keçirilib.

Əvvəlcə Ümummilli Liderin həyat və yaradıcılığına həsr edilmiş fotosərginin açılışı olub.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Saleh Məhərrəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin müavini Seymur Şeydayev, fakültə rəisi professor Cəlal Qasımov, AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, Ərzurum valisi Seyfəddin Əzizoğlu və digər qonaqlar iştirak ediblər.

Professor Ömər Çomaklı konfransın bölmə iclasının Atatürk Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib, buna görə ADU-nun rektoru, akademik Kamal Abdullaya dərin təşəkkürünü bildirib, təhsil sahəsində türk dövlətləri universitetlərinin əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində böyük rol oynadığını diqqətə çatdıran rektor ikitərəfli münasibətlərin müasir dövrdə də uğurla davam etdiyini deyib.

Daha sonra ADU-nun rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdullanın konfransın “Heydər Əliyev və türk dünyası” mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar təbrik və təşəkkür məktubu oxunub.

Səfir X.İbrahim konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Diplomat qeyd edib ki, Atatürk Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən konfransın keçirilməsi rəmzi xarakter daşıyır: “Bir tərəfdə Mustafa Kamal Atatürk və Türkiyə, digər tərəfdə Heydər Əliyev və Azərbaycan. Ümummilli Liderin apardığı siyasət Türkiyə-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasında mühüm rol oynayıb”.

Tədbirin mahiyyətindən danışan dosent İ.Kazımbəyli Ulu Öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın 11 ölkənin 13 universitetində keçirildiyini söyləyib. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ideologiyasının ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırladan İ.Kazımbəyli Naxçıvan məsələsində Türkiyənin əhəmiyyətli rolundan bəhs edib, Atatürkün “Orası türk qapısıdır” ifadəsini diqqətə çatdırıb.

Professor S.Məhərrəmov ulu öndər Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə məhz Heydər Əliyevin səyi nəticəsində konstitusiyaya salınıb. Rektor deyib: “Bu, Heydər Əliyevin öz xalqına böyük hörməti və qayğısından xəbər verir. Sovet dövründə Azərbaycan xalqına məxsus bayramlar, adət-ənənələr unudulurdu. Ulu Öndər bu bayramların və adət-ənənələrin yaşadılmasına xüsusi şərait yaradıb. Ümummilli Lider Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdılması istiqamətində və dövlətlərarası münasibətlərin qurulmasında ciddi fəaliyyət göstərib”.

Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərindən biridir. Ümummilli Liderin dövlətlər və xalqlar arasında əlaqələrin qurulmasında əvəzsiz rolunu qeyd edən Mehmet Sekmen Prezident İlham Əliyevin də bu yolu uğurla davam etdirdiyini bildirib: “Bu cür konfransın Ərzurum şəhərində keçirilməsindən qürur duyuruq. İki ölkə arasında dostluğun davam etməsini arzulayırıq”. Bələdiyyə sədri Ərzurum şəhərində Heydər Əliyevin adına park salındığını da vurğulayıb.

Ərzurum valisi Seyfəddin Əzizoğlu türk millətinin şanlı tarixinin hər dövründə böyük liderlər yetişdirdiyini söyləyib: “Bu liderlərdən biri də Heydər Əliyevdir. Sovetlər İttifaqının son dövrlərində Heydər Əliyev balanslaşdırılmış siyasət nümunəsi idi. Azərbaycanın müstəqilliyi ilə yanaşı, demokratiyanın da iflasa uğradığı bir vaxtda Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olur və o gündən etibarən ölkədə demokratiyanı yenidən bərpa edir. Yaratdığı yeni dövlət quruculuğu ilə bərabər Azərbaycanın bölgədə inkişaf və tərəqqisini, sabitliyini təmin edir. Türk milləti tarixinin ən çətin günlərində belə qəhrəmanlar, belə dövlət xadimləri və siyasətçilər yetişdirir. Ümummilli Lider Türkiyə Cümhuriyyətinin qurulduğu dövrdə anadan olub. O, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi mühüm rol oynayıb”.

Sonra konfrans işini 12 bölmədə davam etdirib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürcüstandan 52 nümayəndə iştirak edib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib