Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir

Tarix:20-04-2018, 14:46

Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir


Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bir çox ölkələrdə olduğu kimi, Vyetnamda da diqqəti cəlb edib.

Vyetnamın milyonlarla tamaşaçı auditoriyasına malik VİTV televiziya kanalı ölkəmizdə keçirilmiş seçkilərlə bağlı geniş reportaj yayımlayıb, həmçinin Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovdan müsahibə alıb. Bildirilib ki, seçkilərdə İlham Əliyev 86 faizdən çox seçici səsi qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu inamlı qələbə İlham Əliyevin son 15 il ərzində ölkənin davamlı inkişafına yönələn siyasətinə Azərbaycan xalqının verdiyi qiymətin nəticəsidir.

Reportajda bir çox yerli və beynəlxalq müşahidəçilərin izlədiyi seçkilərin tam şəffaf keçirildiyi bildirilib. Bu inamlı qələbənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu 2018-ci ildə baş verməsi onu Azərbaycan xalqı üçün daha əlamətdar edir.

VİTV-də yayımlanan reportajda qeyd olunub ki, İlham Əliyevin yeni prezidentlik dövrü Azərbaycanın tərəqqisinin daha yüksək səviyyəyə çatdırılması, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, digər dövlətlər, o cümlədən Vyetnam ilə qarşılıqlı əməkdaşlığın inkişafı üçün imkan yaradacaq.

Azərbaycanda baş verən siyasi proseslərə Vyetnam xalqının maraq göstərdiyini bildirən VİTV-nin jurnalisti bu qələbənin əsas səbəbini öyrənmək üçün Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanova müraciət edib. Diplomat bildirib ki, illərlə xalqın etimadına arxalanan və hökumət-xalq birliyinin siyasətinin əsasını təşkil edən Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın güclü inkişafına, xalqımızın rifahının yüksəlməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxarıb. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, ölkə siyasətinin məhz milli maraqlar əsasında həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan xalqı İlham Əliyevə səs verməklə özünün sabit, təhlükəsiz və rifahlı gələcəyinə səs verib. Prezident İlham Əliyevin qələbəsi Azərbaycanın qələbəsidir.

Reportajda Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətindən də söz açılıb. Azərbaycan torpaqlarının işğalı və onun ağır nəticələri barədə məlumat verən səfir münaqişə ilə bağlı bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsinin problemin bu günədək həll olunmamasının əsas səbəbi kimi göstərib. Bildirilib ki, Azərbaycan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlayır və məhz onun münaqişəni həll etmək iqtidarında olduğuna inanır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib