Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Tarix:15-01-2014, 01:25

Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi
13 yanvar 2014-cü ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı Ceyranbatan qəsəbə mədəniyyət evində hesabat yığınçağı keçirildi.İlk önçə cıxış edən başçının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülməmmədova İradə xanımın cıxışının qısa məzmunu:
Əziz Ceyranbatan qəsəbə sakinləri sizi ilk önçə yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir,2014-cü ildə işlərinizdə sizə uğurlar arzu edirəm.2013-cü il Abşeronun bütün qəsəbə və kəndləri üçün uğurlu kecmişdir.Qeyd edim ki,2013-cü ildə Ceyranbatan qəsəbə sakinləri Prezident seckilərində yüksək fəallıqla iştirak etmişlərki bununda nətiçəsidirki seçkilərdə cənab prezidentimizə 80% səs vermişlər.2014-cü il cənab prezidentimiz tərəfindən bildiyiniz kimi sənaye ili elan edilmişdir.Bildiyiniz kimi Abşeron rayonunda kənd təsərrüfatı ilə yanaşı sənayedə yüksək inkişaf etmişdi.Hal-hazırda qəsəbədə tikilən Ceyranbatan idman kompleksinin tikintisi başa çatmalıdır.Qəsəbədə diaqnostika mərkəzi,1-nömrəli məktəbin ərazisində isə yeni uşaq bağçası tikilir.
Qəsbədə işıq,qaz,su problemləri həl edilib,qəsəbənin yolları abadlaşdırılıb.2014-cü ildə isə qəsbənin qalmış olan cuzi problemlərinin də tezliklə rayon rəhbəri cox hörmətli Zakir Fərəcov cənablarının qəsəbəmizə ayırdığı diqqət və qayğısı sayəsində tezliklə aradan qaldırılacaq.Diqqətinizə görə cox sağolun

Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsi Yusif Əkbərovun hesabat mətini:

Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Hörmətli yığıncaq iştirakçıları:
2013-cü il tarixə qovuşmuşdur.Ötən il qəsəbəmiz və bütövlükdə rayonumuz üçün növbəti uğurlu bir il olmuşdur.Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır.Bütün sahələrdə uğurlar əldə edilmiş,nailiyyətlər qzanılmışdır,əhalinin yaşayış səviyyəsi artmışdır.
Ölkəmizin həm daxili,həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz H.Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz,xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Bütün ölkədə aparılan quruculuq işləri Abşeron rayonunda da surətlə həyata keçirilir.Son illər ərzində xüsusilə qeyd etmək lazımdır ki,son 8 il ərzində cənab başçımız Zakir Fərəcovun rayonumuza rəhbərliyi dövründə əldə olunmuş uğurlar hamımızı sevindirir.
Rayonumuzun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır,yollar çəkilir,məktəblər və səhiyyə ocaqları tikilir,həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin sosial yönümlü olduğunun şahidi oluruq,xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.
Hörmətli yığıncaq iştirakçılkarı
Hazırda Ceyranbatan qəsəbəsində 13 mindən çox əhali yaşayır.Qəsəbədə 2 tam orta məktəb,1 uşaq bağçası,musiqi incəsənət məktəbi,mədəniyyət mərkəzi-klub,həkim məntəqəsi poçt-rabitə xidməti,kommunal sahələr üzrə müvafiq müəssisələr mövcuddur.Həmçinin qəsəbə inzibati ərazisində bir neçə dövlət əhəmiyyətli böyük müəssisə və təşkilat vardır.Son illər ərzində özəl sektorun payı surətlə artmışdır.Mövcud müəssisə və təşkilatlarda həmçinin özəl satış və istehsal sahələrində yüzlərlə qəsəbə sakini əmək fəaliyyəti ilə məşğuldur.
Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gündəlik fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına,Azərbaycan Respublikası Milli Məclisin,Respublika Nazirlər Kabinetinin qərarına uyğun həmçinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirilir.
Ceyranbatanda əhali 16 ədəd beşmərtəbəli,21 ədəd ikimərtəbəli,2 ədəd üçmərtəbəli,1 ədəd on dörd mərtəbəli və 780-dən çox fərdi həyət evlərində yaşayırlar.
Kommunal xidmət sahələrində hesabat dövründə bir sıra işlər görülmüşdür.
Belə ki,su və kanalizaiya sahələrində ötən ilin II rübündən başlayaraq qəsəbə ərazisində su xəttlərinin yenilənməsi işlərinə start verilmişdir,ilin sonuna qədər 16 ədəd beş mərtəbəli və 2 ədəd üç mərtəbəli binaların su xəttləri tamamilə təzələnmişdir.Qəsəbədə 763 ədəd “ Smart kart” tipli yeni su sayğacları quraşdırılmışdır.2013-cü ildə Abşeron Su Kanal idarəsi Ceyranbatan sahə xidməti tərəfindən bir sıra tədbirlər hıəyata keçirilmişdir.Nizami ,G.Abdullayev,və Təbrik məhəlləsində cəmi 5 bina üzrə drenaj xəttləri təmizlənmişdir.3 binada nasoslar vasitəsilə zirzəmidəki sular kənarlaşdırılmışdır.Qəsəbə ərazisində 45 ədəd çirkab quyusunda təmizlənmə işləri aparılmışdır.Baza ərazisində yaşayan köçkünlər üçün 180 metr məsafədə 50 dm su xətti çəkilmişdir.G.Abdullayev küçəsində 110 dm -25 metr çirkab suların axın xətti çəkilmişdir.
Yeni yaşayış massivində H.Əliyev, K.Hüseynov Qaçaq Nəbi küçələrində və məktəb ətrafı ərazidə su xəttlərində cari təmir aparlmışdır.Qəsəbənin 20 Yanvar küçəsində 110 metr məsafədə 120 dm ölçüdə su xətti təzələnmişdir.Bundan əlavə yaşıllıqların qorunması məqsədi ilə yay mövsümü ərzində sudan səmərəli istifadə edilmiş kiçik ölçülü xəttlərlə suvarma təmin edilmişdir.Həyata keçirilmiş bütün tədbirlərdə Abşeron Su Kanal idarəsi daima yaxından iştirak etmiş,maşın mexanizm və işçi qüvvəsi ilə yardım göstərmişdir.Hazırda müvafiq sahə üzrə gündəlik işlər davam etdirilir.
Qaz təchizatı.
Ceyranbatan qəsəbə qaz xidmət sahəsi 2900-dan çox abonentə xidmət etməklə hazırda böyük bir inzibati ərazini əhatə edir.
Ərazidə tikilmiş yeni yaşayış evlərinin sayı davamlı surətdə artır,ona görə də bu sahədə işlər ardıcıl olaraq həyata keçirilir.Keçən dövr ərzində 7 ədəd şkaf təmir edilmişdir.Ərazidə yeni tikilmiş evlər daxil olmaqla 275 ədəd smart kart tipli sayğac qoyulmuşdur,mavi yanacaqdan qeyri-qanuni istifadə hallarına yol verilməmişdir.Müvafiq sahədə hər hansı bir irimiqyaslı qəza halları olmamışdır.Hava şəraitinə uyğun olaraq qəsəbə sakinlərinin qaz təminatı həyata keçirilir,bu sahədə heç bir çətinlik yoxdur.Lakin mavi yanacağın təzyiqinin bəzən aşağı olaması əhalidə haqlı narazılıq yaradır,bununla əlaqədar müvafiq qurumlara müraciət olunur.
Elektrik təchizatı.
2013-cü ildə qəsəbə sakinlərinin elektrik təchizatı üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.Məktəb ərazidində 1 ədəd 630 kv-luq transfarmator qoyuımuşdur.1100 metr AS 50 naqil, 1950 metr SİP 3x35 kabel xətti çəkilmiş, 4 mufta 110 ayrıcı qoyulmuş, 3 transfarmatorda yağ dəyişdirilmişdir. Qəsəbə daxili işıqlandırma dayaqlarında daxili imkanlar hesabına təmir işləri aparılmışdır.Məcburi köçkünlərin yaşadığı 147 saylı Peşə Liseyinin ərazisi daxil olmaqla 280 ədəd sayğac qoyulmuş,4100 metr müxtəlif ölçülü kabel xətti çəkilmişdir.4 ədəd birləşdirici 6 ədəd paylayıcı mufta, 20 ədəd 0,4 kv-luq və 4 ədəd 10 kv-luq yeni dayaq basdırılmış,165 metr yüksək gərginlikli kabel xətti çəkilmişdir.Qəsəbə sakinlərinin elektrik enerjisi ilə təminatı mövsümə uyğun həyata keçirilir. Hazırda bu sahədə heç bir çətinlik yoxdur.Çətinlik Saray 2 xəttində olur bu isə 2 saylı məktəbin işıq təminatında fasilələr yaradır.Bu sahədə daxili imkanlar hesabına tədbirlər görülür.
Abadlıq tədbirləri
2013-cü ildə qəsəbə ərazisində bir sıra abadlıq tədbirləri hjəyata keçirilmişdir.Yeni yaşayış massivində qəsəbə bələdiyyəsinin yaxından iştirakı və rayon rəhbərliyinin yaxından köməyi ilə H.Əliyev küçəsi tamamilə asfaltlanmışdır.Bakı-Sumqayıt şosse yolunun qəsəbəyə aid hissəsinin hər iki istiqamətində hasarlanma işləri davam etdirilmişdir,174 m2 hasar hörülmüş indi bu işlər yekunlaşmaq üzrədir.Ərazidə 3000 m2 –dan çox üzlük aqlay işləri görülmüşdür.Qəsəbə bələdiyyəsinin və yerli sahibkarların köməyi ilə müvafiq ərazidə 700-dən çox ağac və bəzək kolları əkilmiş,qurumuş ağaclar yenisi ilə əvəz edilmişdir.Hər üç seçki məntəqəsində daxili imkanlar hesabına cari təmir aparılmışdır.
Antisanitarya tədbirləri nəticəsində 14,050 m2 sahədə zirzəmilərdə və pilləkən qəfəslərində dərmanlama işləri aparılmışdır.Mövsümə uyğun olaraq ağaclar budanmışdır. Daxili imkanlar hesabına Şəhidlər abidəsinin ətrafı abadlaşdırılmış, işıqlandırma sistemi təmir edilmiş,abidənin özü isə rənglənmişdir.
Ötən ilin yay mövsümü ərzində yaşıllıqların suvarılması təşkil edilmişdir.MİS-nin köməyi ilə 3 binanın zirzəmisindəki yığılma sular nasoslar vasitəsilə təmizlənmişdir.Qəsəbədə 120 ədəd zibil qutusu qoyulmuşdur.Ardıcıl olaraq məişət tullantıları daşınır.Qəsəbə bələdiyyəsinin daxili imkanları hüsabına 300 m2 asfalt döşənmişdir.
Qəsəbədə məskunlaşmış 2 məcburi köçkün ailəsinə qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına 700(yeddi yüz) manat dəyərində tikinti materialları ilə yardım edilmişdir.
N.Nərimanov küçəsində abadlıq işləri aparılmış hasarlar rənglənmiş, həmin ərazidən bir neçə yük maşını həcmində qabarit tullantılar təmizlənmişdir.
Qəsəbənin abadlığı daima diqqət mərkəzində saxlanılır.
Qəsəbədə ictimai siyasi tədbirlərin keçirilməsi həmişə diqqət mərkəzində omuşdur.2013-cü ildə keçirilmiş prezident seçkiləri buna əyani nümunədir. Qəsəbə sakinləri bu seçkilərdə fəal iştirak etmiş və İlham Əliyev cənablarına etimad göstərərək 80%dən çox səs vermişlər.Bu siyasi tədbir Ceyranbatan qəsəbə sakinlərinin siyasi sayıqlığının və dövlətə dövlətçiliyə və şəxsən cənab prezidentimizə olan etimadın əyani nümunəsidir.
Hörmətli tədbir iştirakçıları.
Rahonumuzda bütün sahələrdə olduğu kimi təhsilə və səhiyyəyə xüsusi qayğı vardır.
Rayon rəhbərliyi və şəxsən cənab başçımız Zakir Fərəcovun gündəlik qayğısı ilə təhsil müəssisələrində hər bir şərait yaradılmışdır.Qəsəbədə mövcud iki orta məktəb,uşaq bağçası və musiqi incəsənət məktəbində pedoqoji fəaliyyət üçün hər bir imkan vardır istilik sistemi fəaliyyət göstərir.
Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində 169 nəfər müəllim kollektivi, 1137 nəfər şagirdin təlim tərbiyyəsi ilə məşğuldur.Məktəbdə 62 sinif komplekti vardır.Ötən tədris ilində 60 məzun məktəbi bitirmişdir.Bütün şagirdlər attestat almışlar.Ali məktəblərə sənəd verənlərin (55 nəfər) 33 nəfər və ya 60% qəbul olmuşdur.Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbdə 64 nəfər müəllim heyəti 550 nəfər şagirdin təlim tərbiyyəsi ilə məşğuldur.Məktəbdə 26 sinif komplekti vardır.Ötən il qəbul faizi 82 % olmuşdur.Şəxsən cənab başçımızın qayğısına cavab olaraq hər iki məktəb kollektivi daha da yaxşı çalışmış və uğurlu nəticə əldə etmişlər.Ötən tədris ilində hər iki məktəb üzrə yüksək nəticə qazanmışdır,iki məzunumuz müvafiq olaraq 668 və 609 bal toplamışdır.1 saylı məktəbdə-Hüseynova Aygün Əli qızı və 2 saylı məktəbdə Yusifli Leyli Arzu qızı.Biz məzunlarımızın bu uğruna sevinirik ,onların müəllimlərini valideyinləri ilə bərabər təbrik etmişik və yenə də təbrik edirik..Məqsədimiz gələcəkdə bu uğurları daha da artırmaqdır.Hər iki məktəbdə tədris dövlət proqramına uyğun aparılır.Tədrisdən yayınma hallarına yol verilməmişdir.Məktəbin təsərrüfat və abadlıq məsələləri qəsəbə bələdiyyəsinin və icra nümyəndəliyinin daima diqqət mərkəzindədir.
Ceyranbatan qəsəbəsi uşaq bağçası-körpələr evində 9 qrup vardır. 175 nəfər uşağın tərbiyyəsi ilə 19 nəfər tərbiyyəsçi kollektivi məşğul olur.Bağçada istilik sistemi vardır.Bağçanın ərzaq təminatı müvafiq qaydada həyata keçirilir.Qarşıya çıxan cari problemlər daxili imkanlarımız hesabına həll edilir.Qəsəbə bələdiyyəsi tərəfindən uşaq bağçasına daimi qayğı göstərilir.Musiqi incəsənət məktəbində 69 nəfər musiqi müəllimi 304 nəfər şagirdin musiqi öyrənməsi ilə məşğul olur.Məktəbin şagirdləri tez-tez rayon tədbirlərində fəal iştirak edirlər.Tədris dövlət proqramına uyğun aparılır.Musiqi məktəbində istilik sistemi fəaliyyət göstərir.
Ceyranbatan həkim məntəqəsində 30 nəfər həkim və tibb personalı vardır.Mənətəqədə təcili tibbi yardım xidməti fəaliyyət göstərir.Həkim məntəqəsinin yeni binada yerləşdirilməsi məsələsi rayon rəhbərliyinin diqətindədir.
Ceyranbatan qəsəbəsində poçt rabitə və internet xidmətləri fəaliyyət göstərir.
Əhalinin nəzərə alaraq Yeni yaşayış massivində ATS-in tikintisi günümüzün tələbi səviyyəsindədir. Müəssisə və təşkilatlardakı işçilər və təqaüdçülər bütün ödənişləri və əmək haqqlarını bankomat vasitəsi ilə alırlar.Ceyranbatan inzibati ərazisində açılan özəl və dövlət müıssisələrində həmçinin ticarət-satış şəbəkələrində yüzlərlə yeni iş yerləri açılmışdır.Əhalinin kənd təsərrüfatı məhsullarına olan gündəlik tələbatı ödəmək məqsədi ilə bazar-yarmarkanın açılmasına ciddi ehtiyac vardır,bu da bizi düşündürən gündəlik məsələdir.Hazırda qəsəbəni Sumqayıt şəhəri ilə birləşdirən 9 saylı marşurut fəaliyyət göstərir.Bu marşurutda 20-dən çox iri və xırda tutumlu avtobus qəsəbə sakinlərinə xidmət edir.
İdman və idmançılarımız daima dövlətimizin himayəsində olmuşlar.Qəsəbədə də bu sahədə müəyyən tədbirlər daxili imkanlar hesabına keçirilir.Lakin ədalət naminə qeyd olunmalıdır ki,ərazidə idmaçılar üçün müvafiq şəraitin və idman qurğularının tikintisinə ciddi ehtiyac vardır.Aidiyyatı məsələ həm bizi həm də idman və gənclər təşkilatını daima narahat edir.
Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı işgüzar münasibətlər şəraitində işlər aparılmışdır.Nümayəndəlikdə abunəçilik qaydalarına riayət edilmişdir.Nümayəndəlik tərəfindən söz məlumat azadlığına daima hörmətlə yanaşılmışdır.
Ərizə və müraciətlər.
Ceyranbatan qəsəbə İcra nümayəndəliyi həmişə olduğu kimi 2013-cü ildə də qəsəbə sakinlərinin gündəlik qayğıları ilə yaşamış və fəaliyyət göstərmişdir.Ortaya çıxan bütün problem məsələlər həmçinin kommunal xidmətlərlə bağlı çətinliklər qarşılıqlı anlaşma şəraitində həll edilmişdir.
2013-cü ildə nümayəndəliyə 21 məktub daxil olmuşdur. Bütün məktublar araşdırılmış və cavablandırılmışdır.2013-cü ildə 85 sakin qəbul edilmişdir və müraciətləri vaxtında araşdırılmışdır.Müxtəlif idarə və təşkilatlara 161 məktub göndərilmişdir.1818 Müxtəlif arayışlar verilmişdir,təqaüd və müavinətlərin alınması üçün 1200 vəkalətnamə verilmişdir.Abşeron RİH-dən 3 sərəncam alınmışdır.
Nümayəndəliyin 2013-cü il üçün mühasibat xərcləri 298 min 851 manat olmuşdur.
Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qeyri hökumət təşkilatları,ictimai-siyasi təşkilatlar həmçinin dini icmalarla münasibətləri qanunvericiliyin tələblərinə uyğun qurmuşdur.Qəsəbə ərazisində keçirilən bütün mədəni kütləvi ictimai siyasi və dini tədbirlər ictimai asayişin qorunmasına riayət etməklə keçirilmiş,heç bir qanun pozma hallarına yol verilməmişdir.
2014-cü ildə qarşıda duran vəzifələr .

1. 28 may, Fətəlixan Xoyski küçələrində abadlıq işlərinin həyata keçirilməsi.
2. Təbrik 5,G.Abdullayev 11,Seymur 1,2 saylı binaların zirzəmilərinin əsaslı təmir edilməsi.
3. Qəsəbədə ictimai-siyasi vəziyyətin və qanunların icrasının ardıcıl təmin edilərək qorunması.
4. Bakı-Sumqayıt şosse yolunun qəsəbəyə aid hissəsində abadlıq işlərinin davam etdirilməsi.
5. Qəsəbə ərazisində sakinlərin müraciəti əsasında yeni oturacaq və kölgəliklərin quraşdırılması.
6.Sanitariya və təmizlik aylarının təşkil edilməsi.
7.G.Abdullayev Təbrik məhəlləsində küçə işıqlarının bərpa edilməsi.
8. Qəsəbədə ictimai-siyasi vəziyyətin və qanunların icrasının ardıcıl təmin edilərək qorunması.
9. Hazırda qəsəbədə həyata keçirilən sosial iqtisadi və abadlıq tədbirlərin dvam etdirilməsini təmin etmək.
10. Vətəndaş dövlət münasibətlərinin aliliyinin qorunması istiqamətində səlahiyyətimiz çərçivəsində ardıcıl iş aparılmasını təmin etmək.Qəsəbə icra nümayəndəliyi qarşıdakı ildə də öz fəaliyyətini qeyd edilmiş bu prinsiplərə uyğun qurmağa çalışacaq və bütün məsələlərin həllinə tənqid və özünü tənqid prnsipi ilə yanaşacaqdır,buraxılmış səhv və nöqsanlardan nəticə çıxartmağa çalışacaqdır.Bütün işlərin daha da səmərəli qurulması istiqamətində fəaliyyətini qurmağa çalışacaqdır.
Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2014-cü ildə də bütün fəaliyyətini ilk növbədə Azərbaycan Respublikasının konstitusiyasına və digər müvafiq qanunvericilik aktlarına uyğun quracaq,qarşıya çıxan bütün problem məsələlərin həllinə çalışacaq,qəsəbə sakinlərinin və rayon rəhbərliyinin etimadını doğrultmaga səy edəcəkdir.

Daha sora cıxış edən Ceyranbatan 1 və 3 nömrəli məktəbin direktorları və kənd sakinləri qəsəbədə 8-il ərzində görülən quruçuluq və abadlıq işlərinə görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsbənin bütün sakinləri adından dərin təşəkkürlərini dilə gətirdilər.
Sonda sakinlərin cətinlikləri dinləndi və cətiniklərin araşdırılıb tezliklə aradan qaldırılması üçün aidiyatı qurumlara tapşırıqlar verildi

Baş redaktor: Şamo Əliyev


Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Ceyranbatan qəsəbəsində cari ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib