Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İş axtaranların nəzərinə!

Tarix:18-01-2014, 02:53

İş axtaranların nəzərinə!
Daxili İşlər Nazirliyi boş iş yerləri ilə bağlı müraciət edib.Çevik Polis Alayında, Bakı Şəhər və Nəqliyyatda Baş Polis İdarələrinin orqan və hissələrində, ərazi polis orqanlarında Post Patrul və Yol Patrul xidmətləri üzrə 439 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 sm.) hündür olan şəxslər iştirak edə bilər. Namizədlər düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli (YPX inspektoru vəzifələrinə isə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompüterdən istifadə etməyi bacaran) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verməlidirlər

Müsabiqə zamanı xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər vakant olan vəzifələrə müsabiqə elan olunmuş polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər. Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılaraq, onun sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Müsabiqə test imtahanları və müsahibə olmaqla iki mərhələdə keçiriləcək. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq.

Fiziki hazırlıq üzrə ödənilməli normativlər barədə məlumat DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il yanvar ayının 21-dən fevral ayının 22-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək vakant olan vəzifələrə müsabiqə elan edilmiş polis orqanlarında qəbul olunur.

Əlavə məlumat almaq istəyənlər (012) 590-93-27, (012) 590-92-21 nömrəli telefonlar ilə DİN-in Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib