Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
27-01-2014, 16:25 Oxunub: 974

Məhəbbət Kazımov dünyasını dəyişdi

Məhəbbət Kazımov dünyasını dəyişdi

Bu gün dünyasını dəyişmiş Azərbaycanın əməkdar artisti, müğənni Məhəbbət Kazımov sabah torpağa tapşırılacaq. Bunu Absheronxeber.az saitinə açıqlamasında mərhumun yaxınları deyib.

Onların sözlərinə görə, “Vida mərasimindən sonra mərhum Xırdalandakı qəbiristanlıqda dəfn olunacaq”.


M.Kazımov bu gün səhər saatlarında dünyasını dəyişib. Yardım stansiyasından verilən məlumata görə, təcili yardım həkimləri onun yaşadığı ünvana yetişsə də, mügənninin həyatını xilas etmək mümkün olmayıb. M.Kazımov saat 11:03-də dünyasını dəyişib.

Müğəninin təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyi bilirilib.

Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

Məhəbbət Kazımov "Laçın" instrumental ansamblının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.



Cox böyük itkidir bizlər üçün . Allah Rəhmət Eləsin !
XƏBƏR LENTİ
Bu gün, 10:40 | Abşeronda daha bir bağça təmir edilir-FOTOLARBu gün, 09:30 | Abşeron RİH başçısı iftar verdi-FOTOLARDünən, 17:24 | Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.20-05-2019, 15:48 | İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub20-05-2019, 15:41 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi20-05-2019, 15:10 | Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb19-05-2019, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.19-05-2019, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub15-05-2019, 13:54 | DTV-Ceyranbatan 1 nömrəli məktəbdə Gənc Alimlərlə görüş keçirldi14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi