Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Tarix:29-04-2018, 16:18
Baxış Sayı:665

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini dedi. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirdi, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd etdi.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Ordeni” dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi.

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ

Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”

Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu

Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq

“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”

İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi

Rayon başçısı vaksinasiya prosesini izlədi

Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!

Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”

İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu

Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı

İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...

Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb

Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”

Prezident İlham Əliyev: “Bu baş tutsa, onlar sülhün xeyrini görəcəklər”

Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir

“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır