Ötən gecə Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 xarici ölkə vətəndaşı erməni sərhədçiləri tərəfindən saxlanılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb
Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfində belə bir məlumat yoxdur.