Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb

Tarix:22-09-2018, 13:56

Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb


21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Xələf Xələfov İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Kristina Marti ilə Berndə görüşüb.

Görüşdə İsveçrə rəsmisi iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib, Azərbaycan və İsveçrə prezidentlərinin Ümumdünya İqtisadi Forumunun illik Davos iclasları çərçivəsində görüşlərini və mütəmadi dialoqunu yüksək qiymətləndirib.

Xələf Xələfov öz növbəsində iki ölkə arasında siyasi dialoqun aparılmasını və təmasların həyata keçirilməsini, o cümlədən mütəmadi olaraq XİN-lərarası siyasi məsləhətləşmələrin və ikitərəfli yüksək səviyyəli səfərlərin vacibliyinə diqqət çəkib.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə toxunan Xələf Xələfov bildirib ki, münaqişənin sülh yolu ilə həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsindən keçir. Bununla belə, Ermənistanın hazırkı siyasi rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqe göstərmək əvəzinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsi məqsədini daşıyan, bir-birinə zidd siyasi bəyanatlarla çıxış edir ki, bu da sülh danışıqlarına yönəlmiş səyləri pozur, bölgədə mövcud olan zərif sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Hadisələrin bu kontekstdə inkişafına və onun təhlükəli nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Görüşdə eyni zamanda Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Xüsusilə qeyri-neft sektoru, sənaye, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, turzim sahələrində həyata keçirilən milli və regional layihələrdə İsveçrə şirkətləri iştirak etməyə dəvət edilib. Bundan başqa, peşə təhsili sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının regional və beynəlxalq əhəmiyyəti qeyd edilib, Xəzər dənizi vasitəsilə həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin həm regional, həm beynəlxalq səviyyədə yaratdığı imkanlar, həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib