Milli Məclisin deputatı Sədaqət Vəliyeva TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək Türkiyənin paytaxtı Ankarada səfərdədir. TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasında “TÜRKPA-ya üzv ölkələrdə innovativ sahibkarlığın perspektivləri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.
Səfər sentyabr 28-də yekunlaşacaq.