Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır”

Tarix:17-12-2018, 14:11

"Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır”


“Rusiya-Azərbaycan münasibətləri sabit inkişaf xəttinə və yüksələn dinamikaya sahib olan münasibətlərdir. Strateji xarakter daşıyır və çoxvektorludur. Həm ikitərəfli, həm də çoxtərəfli formatda eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara və səmərəli əməkdaşlığa əsaslanır. Ona görə də bu münasibətləri bütöv bir sistemə sahib strateji tərəfdaşlıq kimi də qiymətləndirmək olar”. Millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, sosial-iqtisadi və mədəni humanitar sferalarımızın bütün sahələrində bu əməkdaşlığı müşahidə etmək mümkündür: “Ancaq əlbətdə ki, bu münasibətlərdə önə çıxan ən strateji məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın həm qonşu ölkə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi oynaya biləcəyi roldur. Rusiya tarixən ənənəvi olaraq Qafqaz regionunda ciddi hərbi-siyasi rıçaqlara malik olan dövlətdir və son iki əsrdə əslində bu regionu siyasi baxımdan az qala təkbaşına yenidən dizayn edən güc mərkəzidir. Azərbaycan bu baxımdan tarixi və hazırki siyasi reallıqları qiymətləndirməyi yaxşı bacarır və belə əhəmiyyətli bir ölkə ilə haqlı olaraq çox dərin strateji münasibətlər qurur. 2018-ci il isə bu baxımdan olduqca əhəmiyyətli olmaqla, həm də bundan sonrakı münasibətlərə yeni müsbət impulslar verən il oldu.

Uzun illərdir davam edən Xəzərin hüquqi statusu ilə bağlı olan problemlər bütün tərəflərin maraqları nəzərə alınmaqla xüsusi konvensiya ilə həllini tapdı. Təkcə sentayabr ayında Rusiya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Rusiyaya işgüzar səfərləri oldu. Bundan başqa MDB dövlət başçılarının Rusiyanın Şimal paytaxtında keçirilən görüşündə iki ölkə prezidentləri arasında mühüm danışıqlar aparıldı. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bu görüşü 2018-ci ildə birgə görülən işlərin təhlili və 2019 –cu ildə görüləcək işlərin planlaşdırılması baxımından mühüm görüş kimi qiymətləndirdi. 2018 –ci ili dövlətlərarsı münasibətlərin inkişafı kontekstində məhsuldar il kimi səciyyələndirdi. Əslində təkcə bu fikirlər iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasından xəbər verməklə, həm də bu münasibətlərin olduqca böyük perspektivlərə malik olmasının da göstəricisidir. Əlbəttə regional siyasi-iqtisadi münasibətlərin potensial inkişafı və qarşılıqlı inteqrasiyası üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll edilməsi vacib şərtdir. Bu məsələdə Rusiyanın mühüm rol oynaya biləcəyinə işarə edən Prezident İlham Əliyev 2019-cu ilin nizamlama prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iki ölkə prezidentləri arasında 2018-ci ildə keçirilən 6 görüşdə əldə edən razılaşmaların həyata keçiriləcəyinin və bunu regional inkişafa yeni töhfələr verəcəyini söyləyərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyanın əlindən gələni edəcəyini bildirdi.

Ümid etmək olar ki, hazırda dünyada baş verən mürəkkəb qlobal kataklizmlər kontekstində Rusiya Federasiyası öz ətrafında sabit və əməkdaşlığa meyilli bir-bir regional ittifaq yaratmaqla əsilndə həm də özünün təhlükəsiziliyini təmin etməkdə maraqlı olmalıdır. Hazırda beynəlxalq şərtlər son dərəcə kritikdir və ayrıca götürülmüş halda heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu Rusiya diplomatiyasına da bəllidir. Ona görə də Cənubi Qafqazda ən böyük münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi böyük ölçüdə elə Rusiyanın da cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması deməkdir. Azərbaycan etibarlı tərəfdaş kimi daima öz milli maraqlarını regional təhlükəsizlik maraqları ilə uzlaşdırmağa hazırdır və strateji müttəfiqi hesab etdiyi Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib