Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib

Tarix:20-12-2018, 15:57

Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib


Bu gün Yeni Azərbaycan Partiyasında “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) gənclər üçün” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində DİM-lə bağlı Azərbaycanda görülən işlərə dair film nümayiş olunub.

Tədbirdə Azərbaycanda keyfiyyətli təhsilin təmin olunması ilə bağlı çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, hər bir ölkənin inkişafını təmin edən onun intellektual potensialıdır və bu potensialın formalaşmasında keyfiyyətli təhsilin mühüm rolu var.

F.Qurbanov bildirib ki, təhsillə bağlı dünya göstəricilərinə nəzərə saldıqda vəziyyət ürəkaçan deyil: "Dünyada 262 milyon yeniyetmə məktəbə getmir. Məktəb yaşında qaçqınların sayı 4 milyondur və onlardan 2 milyonunun məktəbə getmək imkanı yoxdur, 7 milyon nəfər oxumağı və yazmağı bacarmır".

Azərbaycanda təhsil haqqında danışan F.Qurbanov diqqətə çatdırıb ki, ölkəmizdə təhsilə çox böyük diqqət yetirilir: "Ümummili lider Heydər Əliyev hələ sovet dövründə təhsilə böyük diqqət yetirirdi. Bu siyasət bu gün də davam edir. Təhsilin infrastrukturunun və keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanda 3 200 orta məktəb inşa edilib və əsaslı təmir olunub, bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb və bu proses davam edir”.

Ucqar kəndlərdə məktəblərin vəziyyətinə toxunan nazir müavini bildirib ki, təhsilin keyfiyyətinin artırılması məqsədilə son bir neçə ildə 237 modul tipli məktəblər tikilib istifadəyə verilib: "Azərbaycanda məktəblər ən müasir avadanlıqalarla təmin olunub. Son illərdə müəllimlərin imtahandan keçməsi təhsilin inkişafını təmin edir".

F.Qurbanov söyləyib ki, Azərbaycanda yüksək bal toplayan abituriyentlərin sayı da artmaqdadır. Nazir müavini vurğulayıb ki, xaricdə təsillə bağlı dövlət proqramları həyata keçirilir və bu proqram çərçivəsində xeyli sayda gənclərimiz dövlət hesabına xaricdə təhsil alıb.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin ən məsuliyyəti üzvlərindən biri kimi DİM-ləri qəbul edib: "DİM-lərin gənclərlə bağlılığı böyükdür. Bunlardan biri də hər kəsə layiqli əməyin təmin olunmasııdır".

Nazir müavini vurğulayıb ki, ümumilikdə məşğulluqla bağlı dünyada vəziyyət ürəkaçan deyil. "Dünyada texnologiyaların inkişafı nəticəsində 100 milyondan artıq insan öz işlərini itirib. Azərbaycanda bu sahədə bir sıra nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə işsizlik və yoxsulluq 5 faizə endirilib, son 15 ildə ölkədə 2 milyondan artıq iş yerləri yaradılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycanda DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, müvafiq qanunlara əlavə və düzəlişlər edilir. parlament DİM-lərlə bağlı müntəzəm olaraq tədbirlər keçirir, qanunlara əlavə və düzəlişlər edir.

Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, dünyada ibtidai təhsil yaşına çatan, lakin təhsil almaq imkanı olmayan uşaqların 50 faizi münaqişə ocaqlarının payına düşür.

S.Orucov vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Lakin ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər nəticəsində qaçqın və məcburi köçkün uşaqların ibtidai təhsilə getməsi ilə bağlı 100 faizlik nəticə əladə olunub. Azərbaycan bu istiqamətdə dünyanı qabaqlayır və bu da dövlət başçısı tərəfindən həyata keçirilən təhsil, sosial siyasətin məntiqi nəticəsidir”.

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, dünyada hər il 3.1 milyon insan düzgün qidalanmadıqlarına görə dünyasını dəyişir, 767 milyon nəfər yoxsulluq səviyyəsində yaşayır.

S.Orucov əlavə edib ki, Azərbaycanda səmərəli məşğulluğun təmin edilməsi üçün mühüm tədbirlər həyata keçirilir.

Digər çıxışçılar da DİM-lərin həyata keçirilməsinin vacibliyi və bu istiqamətdə görülən işlər haqqında danışıblar.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib