Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Prezidentin şəhid ailələri ilə bağlı dedikləri sadəcə söz deyil, əməldir"

Tarix:30-01-2019, 15:15

"Prezidentin şəhid ailələri ilə bağlı dedikləri sadəcə söz deyil, əməldir"



“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdü. Hər iki şəxs bir çoxlarının ölkədə məhz şəhid ailələri, şəhid qanı üzərindən ortalığı qarışdırmaq istəklərinin qarşısını almış oldu. Əslində Azərbaycan Prezidenti də, ölkənin birinci xanımı da şəhidlərə, onların ailələrinə həmişə diqqətlə, qayğı ilə yanaşıb".

Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti elə bir siyasət yürüdür ki, burada Vətən uğrunda canını fəda etmiş hər bir insanımız arxayın şəkildə haqq dünyasında rahat yata bilir: "Çünki onun arxasında qalan ailəsi, əzizləri məhz bu dövlətin qayğısı ilə əhatə olunur. Bu hər zaman belə olub və bundan sonra da belə olacaq. Bildiyiniz kimi şəhid ailələrinə birdəfəlik ödəmələrin edilməsi ilə bağlı müəyyən anlaşılmazlıqlar var idi. Təbii ki, o da məqsədli şəkildə dövlətin yürütdüyü bir siyasət deyildi. Sadəcə olaraq bəzi məqamlar var idi ki, onlara aydınlıq gətirilməsi lazım idi.

Təəssüflər olsun ki, şəhid ailələrinin bu problemindən bəzi siyasi qüvvələr istifadə etmək istəyirdilər. Onların dövlətə qarşı çıxması, dövlətdən qayğı görməməsi və s. görüntüsü yaratmaq istəyirdilər. Amma nəticə etibarilə cənab Prezident şəxsən özü və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni nəzarətə götürdü. Onlar ortalıqda olan o anlaşılmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görülməsini təmin etdilər. Nəticədə cənab Prezident və birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin ayağına qədər gəldilər, onlarla qucaqlaşdılar və görüşdülər. Çox isti bir münasibət şəraitində onların həmin problemini həll etdilər. Yəni bu bir daha göstərdi ki, Azərbaycan Prezidentinin şəhidlərlə, şəhid ailələri ilə bağlı dedikləri sadəcə söz deyil, bu əməldir. Bu əməlin növbəti dəfə göstərilməsi məhz bu hadisə ilə baş vermiş oldu. Nəticədə də Azərbaycan dövlətinə və onun rəhbərlərinə qarşı müəyyən çirkin planlar quranların istəkləri sadəcə olaraq boşa çıxmış oldu”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib