Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb

Tarix:31-01-2019, 17:48

"Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb


Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunan "Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Açılış mərasimində millət vəkilləri Ağacan Abıyev, Musa Qasımlı, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Bolqarıstan, Rumuniya, Macarıstan, Türkiyə, Ukrayna, Belarusiya, Rusiya və Gürcüstandan olan iştirakçılar iştirak edib.

Məlumat verilib ki, Gənclər Günü ərəfəsində konfransın keçirilməsində əsas məqsəd son illərdə Azərbaycanda gənclər siyasətinin inkişafında əldə olunan nəaliyyətlərin müzakirəsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Konfransın qarşıya qoyduğu əsas hədəf Azərbaycanda gənclər siyasəti və gənclər işində baş verən yenilikləri, eləcə də bu sahədə mütəəqqi islahatları və yeni qəbul edilən Azərbaycan gəncliyi dövlət proqramını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Milli Məclisin deputatı A.Abıyev Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, ölkədə gənclərin inkişafına daima dəstək verilir, onlara diqqət və qayğı göstərilir.

Milət vəkili M.Qasımlı Azərbaycanda gənclərin inkişafı üçün yaradılan şərait, gənclərimizin beynəlxalq arenada uğurları, Ermənistanın Azərbaycan torpaqlarını işğalı haqda danışıb.

O, Azərbaycanın gənclər siyasəti modelinin dünya ölkələrində nümunə kimi göstərildiyini vurğulayıb.

Azərbaycan Gənclər Fondunun şöbə müdiri S.Hüseynov ölkəmizdə gənclər sahəsində fəaliyyət göstərən qurumlar, bu qurumların işi haqda məlumat verib. O, gənclərə dövlət tərəfindən göstərilən hərtərəfli qayğıdan söz açıb. S.Hüseynov gənclərin ölkənin ictimai-siyasi həyatında mühüm yer tutduqladını qeyd edib.

Qonaq gənclər çıxış edərək ölkəmizdə belə bir konfransa dəvət olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Azərbaycanda gənclərin inkişafı üçün böyük şərait yaradıldığını qeyd ediblər. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, iki gün davam konfransda "Azərbaycanda gənclər təşkilatları üçün mövcud olan imkanlar və resurslar", Azərbaycanda gənclər siyasətinin effektiv həyata keçirilməsində cari tədbirlər" və bu kimi mövzularda panel sessiyalar təşkil ediləcək. Yerli və beynəlxalq tərəfdaşları bir araya gətirərək qrup işləri və müzakirələr vasitəsilə Azərbaycan və Avropa proqramları arasında mübadilə və iştirakı genişləndirməyə yönələn müzakirələr aparılacaq. Konfrans zamanı təqdimatlar vasitəsilə iştirakçılar beynəlxalq proqramda iştirak, Azərbaycanda gənclər işi və gənclər siyasəti, tərəfdaş ölkələrlə ortaq layihələrin icrası məsələsi müzakirə olunacaq.

İştirakçılar Azərbaycanda gənclər sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlara tanışlıq səfərləri edərək ölkəmizdə bu sahədə görülən işlərlə əyani tanış olmaq fürsəti əldə edəcəklər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib