Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ekspert: Prezident İlham Əliyev bütün sahələrdə gənclərin fəaliyyətini yaxından izləyir, onların düşüncə və fəaliyyətlərinə yaxından bələddir

Tarix:2-02-2019, 16:54

Ekspert: Prezident İlham Əliyev bütün sahələrdə gənclərin fəaliyyətini yaxından izləyir, onların düşüncə və fəaliyyətlərinə yaxından bələddir


Gənclər Gününə həsr olunmuş respublika toplantısı Azərbaycan dövlətinin gənclər siyasətinin yeni mərhələdə davamı sayıla biləcək hadisə kimi əhəmiyyətlidir.

A.Quliyev qeyd edib ki, toplantıda Prezident İlham Əliyevin nitqi dövlətin gənclər strategiyasında açılan yeni mərhələnin bir sıra xarakterik əlamətlərini ortaya qoydu:

"Dövlətimizin indiki inkişaf səviyyəsinə qədərki dövrdə gənclərin iştirakı, növbəti mərhələdə gəncliyin qarşısında duran vəzifələrin dəqiq ifadə edilməsi toplantının tarixi və strateji əhəmiyyətini daha da artırır. Prezidentin fikir təhlilləri Azərbaycan gəncliyinə öz rolunu dərk etmək, öz gücünə inanmaq, daha məqsədyönlü kurs götürmək, öz taleyinə sahib çıxmaq, dövlət və ictimai həyatda daha fəal iştirak etmək baxımından çox dəyərli çağırışdır. Ən mühüm nüanslardan biri odur ku, dövlətimizin başçısı hər bir Azərbaycan gəncinin milli qürur və fəxarət hisslərinin güc mənbəyini bir daha konkret ifadə etdi və gəncliyin bu mənbə ətrafında daha fəal və həvəslə toparlanmasının tarixi səciyyə daşıdığına diqqət çəkdi. Prezidentin bu nöqteyi-nəzərdən gənclərin müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu qeyd etməsi dərin təsirli və yonəldici gücə malikdir".

Ekspert bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın dövlət və ictimai həyatının bütün sferalarında gəncliyin fəaliyyətini yaxından izlədiyini, onu hər bir an üçün yönləndirdiyini, bu yolda hər şeyin dövlət nəzarətində olduğunu və gənclərin düşüncə və fəaliyyətlərinə yaxından bələd olduğunu nümayiş etdirdi:

"Azərbaycan gənclərinin daha çox sosiallaşmasında və fəallaşmasında bu toplantının böyük rol oynayacağı şübhəsizdir. Öz dövlətinə daha çox bağlı olan gəncliyin daha güclü dəstəyə çevrildiyini sübut etməyə ehtiyac yoxdur. Lakin Prezident öz çıxışında müasir dövlətçilik praktikalarında geniş istifadə olunan bu sosial-siyasi postulata çox maraqlı yenilik də gətirdi. Belə ki, dövlət başçısı gəncliyimizi savadlı, milli ruhlu olmağa, milli-mənəvi dəyərlərə daha yaxından bağlanmağa çağırmaqla onlara bildirdi ki, öz dövlətinə bağlı olmaqla bərabər, həm də bu keyfiyyətlərə sahib olan gənclik daha güclü və yenilməz olur. Cənab İlham Əliyev aprel döyüşlərinə və bu döyüşlərdə gənclərin misilsiz fəal iştirakına bir daha qayıtmaqla dövlətimizin ərazi bütövlüyünün bərpasında gəncliyimizin gücünə möhkəm inandığını bir daha göstərdi. Bu o deməkdir ki, ölkə rəhbərinin gənclər siyasətini və bu istiqamətdə görülən böyük işləri torpaqlarımızın işğaldan azad edilməsi siyasətinin tərkib hissəsi və davamı kimi başa düşmək lazımdır".

Baş redaktor deyib ki, Prezident İlham Əliyevin müasir inkişaf texnologiyalarına uyğun olaraq gənclərin yeni davranış və yeni özünütəsdiq üsullarına xüsusi önəm verdiyini də göstərdi: "Son illərdə ölkədə könüllülər hərəkatının genişlənməsi fonunda Prezidentin bu məsələyə ayrıca yanaşması da yeni sosial davranışların Azərbaycanda çox düzgün idarə edildiyini təsdiqləyir. Fikrimcə, gənclik dövlət başçısının onlarla bağlı daha bir fikri üzərində xüsusi həssaslıqla düşünməli və bundan nəticələr çıxarmağı bacarmalıdır. Cənab İlham Əliyev dövlət təşkilatlarında gəncləri önə çəkməyi tövsiyə etdi. Bəzilərinin müəyyən hallarda inamsız və ehtiyatla yanaşdıqları gənclərə bundan böyük etimad ola bilərmi? Sözsüz ki, Prezident Azərbaycanın qarşısında inkişafdan doğan və başqa səpkili işlərin olduğunu yaxşı görür və bu işlərin həllində savadlı, vətənpərvər və mənəviyyatlı gənclərə həlledici qüvvələrdən biri kimi baxdığını çox aydın şəkildə göstərdi".

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır