Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əl-Tüveycri: "İSESKO Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülh və tolerantlıq mədəniyyətinin təbliği üzrə səylərini alqışlayır"

Tarix:8-02-2019, 13:34

Əl-Tüveycri: "İSESKO Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülh və tolerantlıq mədəniyyətinin təbliği üzrə səylərini alqışlayır"


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sülh mədəniyyəti və tolerantlıq dəyərlərinin təbliğ olunması üzrə səylərini alqışlayır.

O bildirib ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər il təşkili, real təcrübədə tolerantlıq, harmoniya və birgəyaşayış prinsiplərini və Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, YUNESKO və İSESKO arasında səmərəli əıməkdaşlığı və fəal tərəfdaşlığı əks etdirən Milli Tolerantlıq Mərkəzinin yaradılması kimi sivil təşəbbüslər vasitəsilə mədəniyyətlər arasında dialoqun və müxtəlif dinlərin davamçıları arasında birgəyaşayış ideyalarının təşviqi üzrə böyük səylər göstərir:

"Bununla bağlı olaraq mən bir daha Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan hökumətinin öz üzərinə götürdüyü sülh mədəniyyətinin və tolerantlıq dəyərlərinin təbliği, mədəniyyətlərarası dialoqun, sivilizasiyaların alyansı və xalqların birgəyaşayışının təşviqi, insanlar arasında əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı yaradıcı, mənəvi, mədəni və sivil müxtəlifliyə hörmət əsasında yeni dünya nizamının yaradılması üzərində birgə və fasiləsiz iş üzrə səyləri və missiyasına görə dərin minnətdarlığımı bildirməkdən məmnunam".

Əl-Tüveycri qeyd edib ki, Azərbaycanın mədəni irsi öz açıqlığı, müxtəlif mədəniyyət mənbələrinin və azərbaycanlı ziyalılar, alimlər, yazıçılar, şairlər, rəssamlar, memarlar və sənətkarların innovasiyalarının qarşılıqlı fəaliyyəti sayəsində zənginliyi və müxtəlifliyi ilə tanınır:

"Bu zənginlik və müxtəliflik həm də irsi məktəblərin, eləcə də mədəni və elmi müəssisələrin genişlənməsi, onların bilik, memarlıq və təsviri incəsənət sahələrinə verdiyi böyük töhfə ilə şərtlənir. Azərbaycanda müxtəlif mədəniyyətlər, bir-birini dəyişən sivilizasiyalar, fərqli mənbələrdən incəsənət və ədəbiyyat birləşərək ölkəni sözün əsl mənasında tolerant birgəyaşayışın və mədəni dialoqun məkanına çevirib".

Onun sözlərinə görə, Azərbaycan İSESKO-nun özünün həm maddi, həm də qeyri-maddi mədəni irsinə böyük diqqət ayıran üzv ölkələrindən biridir, çünki bu, həmin ölkələrin islami identikliyinin əsas rəmzi və öz mədəni fərqliliklərini nümayiş etdirmək üçün mühüm imkandır:

"Bu məqsədlə Azərbaycanda nüfuzlu muzeylər yaradılıb, mədəni turizmin inkişafına maraq oyanıb, eləcə də müxtəlif bədii və mədəni festivallar təşkil olunur. Bütün bunları nəzərə alaraq Azərbaycanın iki şəhəri İslam Mədəniyyəti Paytaxtı seçilib: 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan".

İSESKO tərəfindən dini zəmində münaqişələrin qarşısının alınması məqsədilə müxtəlif din və mədəniyyətlərə mənsub insanlar arasında qarşılıqlı anlaşmanın təmin olunması üçün həyata keçirilən tədbirlərə gəlincə, baş direktor bildirib ki, İSESKO həm müsəlman ölkələrində, həm də dünyada müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq dəyərlərini təşviq edir.

O əlavə edib ki, İSESKO mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır:

"Mən dəfələrlə vurğulamışam ki, dialoqun hərtərəfli əməkdaşlıq səviyyəsinədək yüksəldilməsi İslam həmrəyliyini və ümumilikdə qlobal dünyanın qurulması və qarşılıqlı hörmət əsasında dini harmoniya dəyərlərinin təbliğ olunması üçün insanlar arasında həmrəyliyi möhkəmləndirə bilər. Bu, terrorçuluq və nifrətin bütün forma və təzahürləri ilə mübarizənin, ekstremizm, zorakılıq, fanatizm və milli qapalılığın bütün aspektlərinə qarşı müqavimətin səmərəli üsuludur".

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir