Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranlar ilə görüş keçirib

Tarix:19-02-2019, 20:08

Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranlar ilə görüş keçirib


Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb. S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Nazir dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.

S.Babayev müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib.

Nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib. S.Babayev ötən ilin iyul ayında da müvafiq ictimai təşkilatlarla görüşün keçirildiyini və gələcəkdə də belə tədbirlərin davam edəcəyini deyib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Aprel şəhidi” Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident cənab İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı Fərman və Sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər.

Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib