Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Prezidentin hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır"

Tarix:21-02-2019, 18:39

"Prezidentin hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır"


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin şəhər və bölgələrinə hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu səfərlər quruculuğu, inkişafı və tərəqqini özündə ehtiva edir”.

M.Xəlilov bildirib ki, fevralın 18-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının Sumqayıta hər səfəri zamanı yeni-yeni müəssisəslərin açılışı gerçəkləşir. Bu da bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edir.

“Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan məqsədyönlü siyasət sayəsində təkcə son vaxtlarda bir neçə iri istehsal müəssisəsi fəaliyyətə başlayıb və respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Fevralın 18-də isə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən daha bir nəhəng sənaye müəssisəsi - yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısı müəssisənin kollektivi ilə görüşündə yeni istehsalatın istifadəyə verilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edim ki, “SOCAR Polymer”in istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracını 15 faiz artırır. Bütövlükdə, Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır.

Xatırladım ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada bir sıra böyük müəssisələr fəaliyyət göstərir. Sumqayıtda yeni sənaye istehsalatlarının istifadəyə verilməsi ilə paralel şəkildə, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və abadlaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu gün Sumqayıt yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Ümumiyyətlə, son vaxtlarda şəhərin inkişafı ilə bağlı böyük işlər görülüb, burada müxtəlif təyinatlı infrastruktur obyektləri istifadəyə verilib. Sumqayıt bulvarının salınması, yeni parkların, digər istirahət guşələrinin istifadəyə verilməsi sakinlərdə böyük məmnunluq yaradır. Cənab Prezidentin fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olması və şəhər sakinləri ilə səmimi söhbəti xalq-Prezident birliyinin bariz nümunəsidir. Bütün ölkə vətəndaşları kimi sumqayıtlılar da Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər”-deyə, millət vəkili vurğulayıb.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır