Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
28-02-2019, 12:27 Oxunub: 292

"Azərbaycan Prezidentinin təşəbbüsləri dünyada təqdir olunur"

"Azərbaycan Prezidentinin təşəbbüsləri dünyada təqdir olunur"


"Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin həmişə ana xəttini təşkil edib. Aparılan siyasət də ümumən Azərbaycan vətəndaşının sosial mühitinin yaxşılaşmasına, onun həyat şəraitinin yüksəlməsinə yönəlib".

Deputatın sözlərinə görə, Azərbaycanda yeni məktəblərin tikilməsi və köhnələrin təmir edilməsi, xəstəxanaların təmir edilməsi, diaqnostik mərkəzlərin qurulması, ölkəmizdə yol infrastrukturunun, enerji, su təchizatının yaxşılaşması, qazlaşdırma və s. bütün bunların hamısının son məqsədi insanın daha yaxşı yaşamasına hesablanıb: "Hər il 200-300 min yeni iş yerinin yaradılması və bunların əksəriyyətinin də daimi iş yeri olması Azərbaycan vətıəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Hər il büdcədən əməkhaqqlarının və pensiyaların artırılması nəzərdə tutulur. Bu il cənab Prezident bir çox yeni islahatları ilə tarixə növbəti bir addım atdı. Minimal əməkhaqqının 40 faiz artması, minimum pensiyanın əhəmiyyətli dərəcədə artması, şəhid ailələri, məcburi köçkünlər üçün yenidən müavinətlərin artması və s. hamısı ölkə Prezidentinin apardığı fəaliyyətin nəticəsidir. Əgər zamanında daxili və xarici siyasət düzgün qurulmasaydı, zamanında iqtisadiyyatımız moderləşməsəydi o zaman bu ödənişləri artırmaq qeyri-mümkün olardı.

Baxmayaraq ki, bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, büdcəmizin əhəmiyyətli bir hissəsi müdafiə xərclərinə yönəlir. Əgər bunlar olmasa idi, biz daha yaxşı yaşayardıq. Biz bir çox məsələləri çoxdan həll etmişdik. Cənab Prezidentin hər bir çıxışında vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması onun çıxışının ana xəttini təşkil edir. Mənzil şəraitinin yaxşılşadırılması ilə bağlı bir-birinin ardınca cənab Prezidentin irəli sürdüyü təşəbbüslər hər il yüz minlərlə ailənin mənzil şəraitinin yaxşılaşmasına səbəb olur. Bu günlərdə ölkə başçısının göstərişi ilə çoxmənzilli hazır binaların sənədləşməsinin tezlişədirilməsi ilə bağlı Fərmanı Bakıda yaşayan təqribən 300-400 min nəfərin həyatına birbaşa təsir edəcək. Bu isə paytaxtın təxminən 15 faizi deməkdir. Mən bu günlərdə xaricdə səfərdə idim. Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və atılan addımlarla bağlı xarici həmkarlarıma məlumat verdim. Onların demək olar ki, hamısı Azərbaycan təcrübəsinə böyük maraq göstərirdi. Cənab Prezidenti tanıdıqlarını, onun Azərbaycanda böyük islahatlar keçirdiyindən məlumatlı olduğunu bildirirdilər. Ölkə başçısının apardığı xətt Azərbaycan vətəndaşının maraqlarına cavab verir və müstəqil Azərbaycanı daha da möhkəmləndirməyə xidmət edir. Bu baxımdan cənab Prezidentimizin vətəndaşlar tərəfindən dəstəklənməsi həmişə yüksək olub və bundan sonra da yüksək olacaq”.
XƏBƏR LENTİ
Dünən, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilibDünən, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi