Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın və Türkiyənin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir

Tarix:28-02-2019, 19:19

Azərbaycanın və Türkiyənin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir

Azərbaycanın Qarsdakı baş konsulluğunun və Türkiyənin Ardahan Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalıya ədalət!” devizi altında anım mərasimi keçirilib.

Tədbirdə Ardahan vilayətinin rəsmi şəxsləri, universitetin rəhbərliyi, professor və müəllim heyəti, Gaziantep Universitetindən dəvət olunmuş alimlər, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət adamları, KİV nümayəndələri, Ardahan şəhərinin sakinləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev çıxışında Ermənistanın ölkəmizə qarşı davamlı olaraq həyata keçirdiyi təcavüzkar siyasətin acı nəticələrindən bəhs edib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalların Xocalıda törətdikləri soyqırımı aktı bu əsassız düşmənçilik siyasətinin davamı və acı nəticəsidir. Baş konsul diqqətə çatdırıb ki, bu faciə XX əsrin və Azərbaycan tarixinə qanla yazılan ən ağır cinayətdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisinin Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdıran Nuru Quliyev əminliklə deyib ki, bu bəşəri faciəni törədənlər gec-tez beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməyə məcbur ediləcəklər.

Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən, bu faciənin törətdiyi mənəvi fəsadlardan bəhs olunub. Xocalı soyqırımını törədənlər şiddətli şəkildə ittiham olunublar. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin qorunması, eləcə də dövlətlərimizin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir.

Tədbir tələbələrin bədii proqramı ilə davam edib.

Azərbaycanın və Türkiyənin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir

Azərbaycanın və Türkiyənin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib