Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Problemli kreditlər məsələsinə son qoyuldu

Tarix:4-03-2019, 18:03

Problemli kreditlər məsələsinə son qoyuldu


Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhalinin növbəti taleyüklü problemini həll edəcək

Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Bu mənada, Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görür, iqtisadi və institusional islahatlar həyata keçirir. Bununla da, vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir və yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür.
Bu sahədə atılan daha bir mütərrəqi addım - Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhalinin növbəti taleyüklü problemini həll edəcək. Məsələ ondandır ki, qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin surətdə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirləri göstərmiş, nəticədə, əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Təsadüfi deyil ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi.

Qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, eyni zamanda, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatını xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi, digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb.
Nəticədə, problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmağa başlamış və Azərbaycan Prezidentinin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdı. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdü. Bununla da, Fərmana görə, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları), 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) nəzərdə tutulmaqla, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq, manatla ödəniləcək.
Başqa sözlə, birinci devalvasiyadan sonra əhalinin banklara olan əsas borcunun artan hissəsi 1 dollara görə, 27 qəpik idisə, bu Fərmanla onun 0,25 qəpiyi silinəcək. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə artan hissə hər 1 dollara görə 65 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinəcək. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunacağından hər 1 dollara görə, artan məbləğ 92 qəpik olduqda, onun 85 qəpiyi dövlət vəsaiti hesabına ödənəcək.
Fərmana əsasən, ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulub. Lakin bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5000 ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq.
Fərmanda, eyni zamanda, ödəniş müddəti 360 günü keçən, kreditin məbləği dollarla 10 min dollara, manatla isə - 17 min manata qədərdirsə, bunun üçün də mexanizm nəzərdə tutulub. Bu mexanizmə görə, banklar əhaliyə 5 ilə qədər, 1 ili güzəştli olmaqla, illik 1 faiz olmaqla, yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Bu məqsədlə banklara fevralın 28-nə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək. Eyni zamanda, banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq və dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları və icraları aradan götürüləcək. Fərmanla banklara bu barədə tövsiyə verilib.
Bir sözlə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində, fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə, onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, onun həlli ya təxirə salınmış, yaxud da bəlli olmayan müddətədək uzadılmışdır.
Ümumilikdə götürdükdə, Azərbaycan o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib- hazırlanması, icrası və icraya nəzarət və s. hərtərəfli araşdırıldıqdan sonra, müvafiq qərar qəbul olunur. İlkin məlumata görə, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan - xarici valyutada krediti olan, təqribən 450 minə yaxın insan bu Fərmanın birinci hissəsindən faydalanacaq. Fərmanın ikinci hissəsindən isə vaxtı keçmiş kreditlərə görə, 400 min borcalan fiziki şəxs yararlanacaq. Birmənalı tərzdə, demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında inqilabi qərarlardır. Bir sözlə, Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib