Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Fransadan Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək"

Tarix:13-03-2019, 19:35

"Fransadan Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək"


"Ulu Öndər Heydər Əliyev Fransa ilə əlaqələrə həmişə böyük diqqət yetirmişdi və hətta Prezident kimi özünün ilk səfərini də Fransaya etmişdi. Elə cənab İlham Əliyev də birinci dəfə Prezident seçiləndə ilk rəsmi səfərə Parisə getdi. Bunun da bir neçə səbəbi vardı ki, bizim üçün ən önəmlisi bu böyük dövlətin regionumuza, o sıradan da Dağlıq Qarabağ probleminə yanaşmada yeritdiyi siyasətdə orada çox güclü olan hay diasporunun təsirinin mümkün qədər azaldılması idi. Azaldıldı da".

Deputatın sözlərinə görə, məhz Heydər Əliyevin yeritdiyi siyasət nəticəsində o zamankı dövlət başçıları Jak Şirakın təbirincə desək, Ermənistana dost gözü ilə baxan Fransa Azərbaycanın da dostu olmağa çalışdı: "Xatırladaq ki, Robert Köçəryanın Fransanın moderatorluğu altında 2006-cı ildə Rambuyedə keçirilən Dağlıq Qarabağ danışıqlarını yarımçıq tərk etməsində, elə həm də rəsmi Parisin neytral mövqe sərgiləməsi “kiçik bacı” faktorunu çox da nəzərə almaması az rol oynamamışdı. Düzdür, bütün bu illər ərzində digər həmsədr ölkələr kimi Fransa da Dağlıq Qarabağ probleminin həllinə yanaşmada beynəlxalq normalara əməl edilməsi baxımından yetərincə prinsipiallıq və qətiyyət göstərmədi. Hətta ötən ilin payızında olduğu kimi bizi rəncidə edən hərəkətlərə də yol verildi. Ancaq Azərbaycanın bu regionda bütövlükdə Avropa Birliyinin (qurumun Güney Qafqaz ölkələriylə ticarət dövriyyəsinin 75 faizi ölkəmizin payına düşür) deyil, həm də Fransanın ən önəmli tərəfdaşı olduğunu (Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi bu ölkə ilə Ermənistanınkından təqribən 10 dəfə çoxdur), rəsmi Bakını qıcıqlandıran hərəkətlərin ölkələri üçün təkcə imic itkisi ilə nəticələnməyəcəyini gözəl anlayan uzaqgörən siyasətçilər, böyük iş adamları hərəkətə keçdilər. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin yanvarın 15-də Bakıya gəlməsi də, fikrimcə, bundan qaynaqlanırdı və bu səfərdə o, sadəcə özünü təmsil etmirdi.

Tarixə etdiyim bu qısa ekskurs Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanın Əliyevanın Fransaya bu həftəki səfəri ilə bağlıdır. Açığını deyək ki, ancaq çox böyük dövlətlərin ikinci şəxsləri Fransada Mehriban xanım Əliyeva qarşılanan kimi qarşılana bilərdi. Fransanın Baş naziri Eduard Filipdən tutmuş bu ölkənin siyasi elitasının əksər, maliyyə və iqtisadi elitasının isə bir çox ən mühüm təmsilçisi onunla görüşərək danışıqlar apardılar. Heç bir çox dövlətlərin, o sıradan da bizim regiondakıların birinci şəxsləri Fransada bu cür diqqət görməmişdilər, nəinki bizim Birinci vitse-prezidentimiz gördü.

Bu səfər fikrimcə, yenə vurğulayıram ki, Azərbaycanın gücünü göstərməklə yanaşı, hörmətli Mehriban xanım Əliyevanın da siyasətçi və dövlət xadimi olaraq hansı miqyasın daşıyıcısı olmasından xəbər verir. Şübhə etmirəm ki, bunun ardınca Fransadan da Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək və Azərbaycan-Fransa əlaqələri ilk növbədə ölkəmizin regionda oynadığı rol, hər iki tərəfin bundan əldə etdiyi mənfəətlə şərtlənəcək".

"Fransadan Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək"

"Fransadan Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək"

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib