Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi

Tarix:19-03-2019, 17:46

Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Səfir qeyd edib: "Parisə həyata keçirilmiş belə mühüm səfərdən sonra Bakıya qayıtmaqdan şadam. Birinci vitse-prezident Mehriban Əliyeva Parisə yüksək səviyyəli və uğurlu səfər etdi və bu səfər Fransa ilə Azərbaycan arasında etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu, ikitərəfli münasibətlərimizin hərtərəfli, çoxşaxəli olduğunu nümayiş etdirdi".

Diplomat bildirib ki, Mehriban Əliyevanı Parisə Fransanın Baş naziri Eduard Filip dəvət etmişdi: "Mehriban Əliyevanın Eduard Filiplə görüşü, həmçinin Fransanın birinci xanımı, Fransa Senatı və Milli Assambleyasının sədrləri, mədəniyyət və iqtisadiyyat nazirləri ilə yüksək səviyyəli görüş və təmasları regionun problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunmağa imkan verdi. Bu, iqtisadi əməkdaşlığımızın vəziyyətini qiymətləndirmək üçün bir imkan idi: nə edilib, qarşıda hansı işlər dayanır və nə etmək olar".

Onun sözlərinə görə, hər iki tərəf bu əməkdaşlığın dinamizmini, həmçinin iqtisadi əməkdaşlığın istifadə olunmamış potensialını vurğuladı: "Həmçinin tərəflər təhsil və mədəniyyət sahələrində əməkdaşlıq çərçivəsində əldə olunmuş böyük nailiyyətlərə görə bir-birini təbrik etdi. Bakı Fransız Liseyinin, Fransa-Azərbaycan Universitetinin uğurları və məktəblərdə fransız dilinin irəliləyişi yüksək qiymətləndirildi. Həqiqətən də bu səfər fikir mübadiləsi, layihələrin və gələcək fəaliyyətin müzakirəsi üçün bir imkan oldu".

A.Buşez iqtisadi əməkdaşlığın inkişafına konkret məzmun verilməsi üçün dörd sənədin imzalandığını və bir çox digər layihələrin də müzakirə olunduğunu əlavə edib: “Azərbaycanla Fransa arasında sekulyarizm ənənəsi və qadınların rolu kimi ümumi nəzər nöqtələrinə xüsusi diqqət ayrıldı. Bu səfər münasibətlərimizin dinamik xarakterini, nə etdiklərimizi və müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün nə edə biləcəyimizi nümayiş etdirdi”.

Səfir Azərbaycanla Fransa araslnda iqtisadi əməkdaşlığa da toxunub:

“Biznesin perspektivlərinə gəldikdə, məmnuniyyətlə bildirmək istəyirəm ki, 2018-ci ildə biz ticarət dövriyyəsinin 15 faizlik artımını qeydə almışıq. Biz kifayət qədər nikbinik, çünki Fransa şirkətlərinin fəaliyyəti Azərbaycan iqtisadiyyatının geniş spektrini əhatə edir: bu şirkətlər xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və onun böyük potensialının aşkar olunmasına töhfə verməyə çalışır. Əlbəttə ki, neft-qaz sektoru böyük əhəmiyyət kəsb edən sahə olaraq qalır və mən bu məqamda “Total” şirkətinin Azərbaycanın dövlət neft şirkəti SOCAR-la 20 ildən çox davam edən uğurlu əməkdaşlığını vurğulamaq istərdim. Biz Azərbaycanı, o cümlədən SOCAR-ı etibarlı tərəfdaş kimi görürük. “Total” Azərbaycanda indikindən daha çox iş görmək niyyətindədir. Ümid edirik ki, şirkətin bütün layihələri reallaşdırılacaq”.

Qeyri-neft sektorundan danışan diplomat vurğulayıb ki, bu sahənin iqtisadiyyatda payı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan şaxələndirmə siyasəti sayəsində artır:

“Fransa şirkətləri nəqliyyat kimi prioritet sektorlarda çox yaxşı təmsil olunub: dəmiryol nəqliyyatında “Alstom”, metro - “Thales”, avtobus - “Iveco” və aeroportlarda “Thales”. Azərbaycanın regional nəqliyyat qovşağı kimi böyük potensialı var və Fransa şirkətləri bu məqsədə nail olunmasına töhfə vermək üçün fəaliyyətlərini gücləndirməyə hazırdır. Artıq Fransa İnkişaf Agentliyi dəmiryol nəqliyyatı ilə bağlı layihələri dəstəkləyir. Bundan başqa, kənd təsərrüfatı kimi perspektiv əməkdaşlıq sahələri də mövcuddur. Biz çox şadıq ki, Azərbaycanın kənd təsərrüfatı naziri artıq bir neçə dəfə Fransaya səfər edib. Kənd təsərrüfatı və aqrobiznes sahəsində əməkdaşlığımızın inkişaf edəcəyinə ümid edirik”.

Ətraf mühit sahəsinə gəlincə, A.Buşez deyib ki, Bakı gözəl və müasir şəhərdir, lakin burada su təchizatı sistemləri və ətraf mühitlə bağlı problemləri həll etmək vacibdir:

"Fransanın "Suez" şirkəti Azərbaycanda bu sahədə artıq fəal çalışır. Şirkət, məsələn, çirklənmənin qarşısının alınması və su resurslarının idarə olunmasının yaxşılaşdırılması proqramları çərçivəsində daha böyük işlər görməyə söy göstərir. Həmçinin Azərbaycanda turizm çiçəklənir ki, bu da təbiidir, çünki ölkənin şəhərləri çox gözəldir, bölgələri isə turizmin inkişafı üçün çox yüksək potensiala malikdir".

O bildirib ki, digər sahələrdə, o cümlədən kosmos sferasında əməkdaşlığı daha da inkişaf etdirmək olar:

"Biz "Azərkosmos" tərəfindən işlənən proqramların, o cümlədən "Azərkosmos"un "Airbus"la əməkdaşlıq çərçivəsində hazırladığı kəşfiyyat peyki üzrə proqramın uğurlu olduğunu görürük. Bu, gələcəkdə inkişaf etdirməli olduğumuz əməkdaşlıq sahələrinə yalnız bir neçə nümunədir. Hər bir şirkətin öz layihəsi var, onların hər biri burada layihələrini inkişaf etdirmək və fəaliyyətini genişləndirmək istərdi. Eləcə də Fransa şirkətləri Azərbaycanda, yerli bazarda iştiraka çox maraq göstərir. Sizin gözəl ölkənizdə fantastik potensial var".

A.Buşez qeyd edib ki, bu potensial Azərbaycan hakimiyyəti tərəfindən aparılan əlverişli siyasəti, o cümlədən son maliyyə islahatlarını, kiçik və orta sahibkarlığa dəstək tədbirlərini gücləndirir:

"İqtisadi əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidentinin hər bir həmsöhbəti ilə müzakirə etdiyi mövzulardan biri idi. Hər dəfə Fransa və Azərbaycan arasında daha dərin və genişləndirilmiş əlaqələrin təmin olunması üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi aparıldı".

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib