Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Hikmət Hacıyev: "Vyanada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında görüş bir daha təsbit edir ki, danışıqların formatı dəyişməz olaraq qalır"

Tarix:30-03-2019, 13:17

Hikmət Hacıyev: "Vyanada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında görüş bir daha təsbit edir ki, danışıqların formatı dəyişməz olaraq qalır"


Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar normal və konstruktiv ab-havada keçib.

H.Hacıyev qeyd edib: "Xeyli müddətdən sonra ilk dəfə idi ki, rəsmi qaydada Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş təşkil olundu. Bu onu deməyə əsas verir və bir daha da təsbit edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi məhz Azərbaycan və Ermənistan arasında aparılır. Xatırlatmaq istərdik ki, hələ bu ilin 9 mart tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməzliyi məqamını xüsusilə vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən bu kimi iddialar var, Azərbaycan isə qəti şəkildə buna etirazını bildirib".

Onun sözlərinə görə, bugünkü danışıqlar prosesi də bir daha göstərdi ki, münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həlli istiqamətində danışıqlar aparılmaqdadır: "Ümumiyyətlə, formata gəldikdə, bir daha qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2 saatdan artıq təkbətək görüş oldu, danışıqlar aparıldı. Sonra isə həmsədrlərin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar davam etdirildi. Danışıqlar ümumilikdə üç saatdan artıq bir müddətdə aparılmışdır".

PA rəsmisi vurğulayıb ki, bu formatda danışıqların aparılması ümumiyyətlə münaqişənin həlli ilə əlaqədar olan prosesə yeni bir impuls verib:

"Nəticə etibarilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən, yəni "3+2" formatında birgə bəyanatla çıxış edildi və bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd olunur. Bəyanatda da bildirildiyi kimi, dövlətimizin başçısı ilə Ermənistanın baş naziri arasında aparılmış müzakirələr nəticəsində belə bir ortaq fikir də olmuşdur ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində yenidən görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Onu da qeyd etmək istərdik ki, iki ölkənin liderləri səviyyəsində olan bu görüşdən əvvəl Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 4 dəfə görüşü olub və sonuncu görüş Parisdə 2019-cu ilin əvvəlində baş tutub. Həmçinin burada atəşkəslə bağlı məsələlər qeyd olunur. Ümumiyyətlə, onu nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi prosesi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətdir, biri digərini tamamlamalıdır. Yekunda bir daha qeyd etmək istərdim ki, Vyanada aparılmış danışıqlar normal və konstruktiv ab-havada keçdi. Ən vacibi isə danışıqlar prosesinin formatı dəyişməz olaraq qalır və Ermənistan tərəfinin də bu prosesdə iştirakı açıq şəkildə formatın dəyişməzliyini bir daha təsbit etmiş olur".

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib