Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Prezident bir ildə verilmiş vədləri doğrultmaq nümunəsi yaratdı"

Tarix:8-04-2019, 18:44

"Prezident bir ildə verilmiş vədləri doğrultmaq nümunəsi yaratdı"


“Prezident seçkilərindən ötən son bir il ərzində Azərbaycanda görülən işlər seçki kampaniyası dövründə verilmiş vədlərin ardıcıl icrası baxımından diqqətəlayiq olmaqla yanaşı, həm də məzmununa görə Prezident İlham Əliyevin 15 ildə gördüyü işlərdən müəyyən qədər fərqlənir”.

Siyasi şərhçinin sözlərinə görə, 1 il bundan öncə seçki kampaniyasında verilən vədlərin qrafikə uyğun icrası bir daha göstərir ki, Azərbaycan Prezidenti xalqla yalnız yerinə yetirilməsi mümkün işlər barədə dialoq aparır, qeyri-real vədlər vermir, verilmiş vədlərə görə cəmiyyət qarşısındakı məsuliyyətinə prinsipial yanaşır: “Son bir ildə həyata keçirilmiş işlərin ümumən son 15 ildəki fəaliyyətlərdən əsas fərqi əhalinin sosial müdafiəsinə və təminatına yönəlik paketlərin icraatının üstünlük təşkil etməsidir. Sosial sahə hər zaman dövlətin diqqət mərkəzində olub. Lakin son bir ildə bu işlər öz ağırlığı ilə diqqət cəlb edir. Prezidentin bir ildəki fəaliyyəti iqtisadi, siyasi və xarici fəaliyyət sahəsində seçilmiş kursun davamı olmaqla seçki platformasına da tam uyğun olması ilə xarakterikdir”.

A.Quliyev söyləyib ki, Azərbaycan Prezidenti yeni iqtisadi modelə keçid etməyi, islahatları keyfiyyətcə yeni mərhələyə çıxarmaqla, sosial sahədə heç bir layihəni ixtisara salmadan geniş sosial müdafiə paketləri icra etməyi, hər bir vətəndaşın mənafelərinə yönəlik siyasəti daha da dərinləşdirməyi, Dağlıq Qarabağ probleminin həlli sahəsində ölkənin mövqelərini daha da möhkəmləndirməyi öz seçki platformasının əsas prinsipləri kimi cəmiyyətə təqdim etmişdi: “Bu istiqamətlərin hər biri üzrə təhlil aparanda ortada böyük nəticə olduğunu görürük. Bir ildə ən böyük nəticəni Prezidentin xalqla münasibətləri müstəvisində görürük. Bu münasibətlər daha canlı, birbaşa, səmərəli və təsirli olmağa başlayıb. İslahatların, sosial müdafiənin və iqtisadi artım tempinin təmin edilməsi bu nəticənin əldə olunmasında həlledici rol oynayır. İqtisadi inkişaf, xüsusilə qeyri-neft sektorunun gücləndirilməsinə yönəlik fəaliyyətlər çox əhəmiyyətlidir”.

Baş redaktor qeyd edib ki, son 1 ildə görülən işlər nəticəsində Ermənistan tam təcrid vəziyyətinə çatdırılıb, dünya Azərbaycanı dəstəkləyir, ordu quruculuğu böyük sürətlə gedir: “Bütün bunlar Prezidentin seçki platformasının reallaşdığını göstərən faktlardır. Prezident bir ildə verilmiş vədləri doğrultmaq nümunəsi yaratdı”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib