Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tam dəstəkləyir

Tarix:5-06-2019, 19:04

Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tam dəstəkləyir

Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tam dəstəkləyir

Bir il bundan əvvəl seçicilərin 86,03 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyevə olan bu inam, etimad bir daha göstərdi ki, Azərbaycan xalqı dövlət başçısının apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır.
Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, qlobal layihələrin həyata keçirilməsi ilə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Bu kimi layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir.

Hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparması çox vacibdir. Regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik, təhlükəsizlik tam təmin olunub. Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib.

Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin regiona və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.

İlin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatlar və ayrı–ayrı dövlətlər tərəfindən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Azərbaycanın apardığı ifşa siyasəti nəticəsində həqiqəti biliblər. Artıq dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır. Təsadüfi deyil ki, bu gün Paşinyan Qərbdə ciddi fiqur kimi qələmə alınmır və onun münaqişəyə dair bəyanatları ötən ay Avropa İttifaqının aparıcı nümayəndələri və ABŞ rəsmiləri tərəfindən ciddi qəbul olunmayıb.

Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu ilin əvvəlindən bütün sahələrdə yeniliklərin, islahatların şahidi oluruq. Strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi–iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.

Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Fəxri Nuruyev

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir