Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
19-06-2019, 16:17 Oxunub: 213

Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi başlayıb.

Hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Azərbaycan da təmsil olunur.

Sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

“Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

“Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib.

Səfər çərçivəsində İtaliyanın “Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyində birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib. Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə edilib.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

“Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.
XƏBƏR LENTİ
Bu gün, 12:29 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdiBu gün, 11:38 | Limon qaraciyərin işini yaxşılaşdırırBu gün, 11:37 | Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidirBu gün, 11:36 | "Prezidentimiz tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir"Bu gün, 10:32 | 2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcəkBu gün, 10:31 | Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıbBu gün, 10:30 | Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlarBu gün, 10:29 | 22 İyul - Milli Mətbuat Günüdür19-07-2019, 15:45 | İradə Gülməmmədova Çeyranbatan qəsəbə sakinlərilə növbəti dəfə görüşdü19-07-2019, 12:50 | Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...19-07-2019, 11:42 | Sağ qabırğaaltı nahiyəsində ağrılar. TƏHLÜKƏLİ SİMPTOM19-07-2019, 11:41 | Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb19-07-2019, 11:40 | Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib19-07-2019, 10:22 | Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ19-07-2019, 10:21 | Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video19-07-2019, 10:20 | Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb18-07-2019, 15:55 | Abşeron rayonunda sahibkarlarla görüş keçirildi18-07-2019, 14:28 | Tbilisidə azərbaycanlı fotoqrafın sərgisi açılıb18-07-2019, 11:41 | Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları18-07-2019, 11:40 | Pətək havası ilə müalicə bir çox xəstəliklərin çarəsidir18-07-2019, 10:49 | Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ18-07-2019, 10:48 | Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI