Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müdafiə naziri Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb

Tarix:8-07-2019, 19:22

Müdafiə naziri Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.

Tədbir iştirakçıları əvvəlcə Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əbədiyaşar liderin xatirəsini ehtiramla yad ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən inşa edilən bazada HDQ-nin komanda məntəqəsi, qərargah binası, gəmilərin bazalandırılması üçün bütün infrastruktur və kommunikasiya xətləri çəkilib. Həmçinin burada xidmət edən hərbi qulluqçu ailələrinin sosial-məişət şəraitinin təmin olunması üçün lazım olan bütün şərait yaradılıb.

Gənc liderlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, hərbi dənizçilərin istifadəsində olan silah-sursatlar, xüsusi istehkam avadanlığı və vasitələri, sualtı axtarış və müdaxilə üçün istifadə edilən robotlar, gəmidə qəza və yanğın zamanı növbəli şəkildə görülən tədbirlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda, qonaqlar şəxsi heyətin xidməti, sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Gəncləri maraqlandıran suallar hərbi qulluqçular tərəfindən cavablandırılıb.

Sonra tədbir iştirakçıları müasir standartlara cavab verən N saylı hərbi hissədə olublar. Burada gənc liderlərə Ordumuzun nümayəndələrinin NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə verdiyi dəyərli töhfələrdən və sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat verilib. Qeyd edilib ki, bu gün sülhməramlılarımız Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində mühüm vəzifələr yerinə yetirirlər. Şəxsi heyətimizin nümunəvi xidməti və peşəkarlığı NATO komandanlığı tərəfindən daim yüksək qiymətləndirilir.

Gənclər hərbi hissədə yaradılan xidməti və sosial-məişət şəraiti ilə maraqlanıb, şəxsi heyətlə birgə nahar ediblər.

Sonra “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçılarının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşü keçirilib.

Görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hər an hazırdır və qadirdir.

Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq, görüşün yüksək səviyyədə təşkilinə görə Müdafiə nazirinə minnətdarlıqlarını bildiriblər.

Sonra general-polkovnik Z.Həsənov gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır