Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ABŞERONUN TARİXİ

Tarix:29-11-2013, 07:34

ABŞERONUN TARİXİ
Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20.000 il bundan əvvəl məskunlaşmışdır. (Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir.). Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir (Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri). Azərbaycanın və Qafqazın heç bir başqa regionunda bu cür komplekslərə rast gəlmək mümkün deyil. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Abşeronda ən böyük qəsəbə MAŞTAĞA kəndidir. Burada tunc dövrünə və dəmir dövrünə aid insan məskənlərinin qalıqlarından əlavə nisbətən sonrakı dövrə aid abidələr də qalmışdır: BİRƏ ARBUTAY məscidi (1414-cü il), XOCA AYDƏMİR məscidi, QAZIXANA, XOCA KƏRBƏLAYI HÜSEYN məscidi (XVIII əsr), XIII-XIV əsrlərdə tikilmiş və sonradan 40 m hündürlüyündə minarə əlavə edilmiş məscid, XVII əsrə aid HAMAM, OVDAN (sututar, XIX əsr); AQİL BABA, XOCA ASLAN, HƏSƏNBƏY, XOCA AYDƏMİR türbələri (XVIII əsr).

Abşeronun QALA kəndində yerləşən "QALA" Bakı Dövlət Tarix-Etnoqrafiya qoruğunda qədim məscidlər, yollar, ovdanlar, qədim qəbristan (XV əsr), hamamlar, tunc dövrünə aid insan məskənləri qorunub saxlanır. Abşeronda çox özünəməxsusluğu ilə seçilən Qala qəsəbəsini bəzən Abşeronun "İçəri şəhəri" adlandırırlar.

Bakıdakı ATƏŞPƏRƏSTLƏR MƏBƏDİ - ATƏŞGAH (Od evi) paytaxt qonaqlarının böyük marağına səbəb olur. SURAXANI qəsəbəsində yerləşən Atəşgah (XVII əsr) qaya üzərində yerləşir. Burada minilliklər boyu yerdən təbii şəkildə çıxan qaz yanmışdır. MƏMMƏDLİ kəndinin yaxınlığında çox maraqlı bir təbii hadisəni müşahidə etmək olar: burada qayanın ətəklərində yerdən çıxan təbii qazlar fasiləsiz yanır. Buna görə də həmin yer "YANARDAĞ" adlanır. Qədim dövrlərdə Abşeronda bu cür yerlər çox olmuşdur.

Abşeronda çox qədim "LEYlər" də aşkar edilmişdir. Malta adasındakı əsrarəngiz "yolların" tam analoqu olan bu LEYlərin çoxu birbaşa dənizin içərisinə uzanıb orada itir…

BAKI. Bu şəhər ən qədim dövrlərdən Xəzər sahilində salınmış ilk dəniz limanlarından biri olmuşdur. Qədim dəniz yollarından biri - Volqa boyunca Həştərxana, oradan da dənizlə Bakıya gələn yoldan istifadə edərək işğalçıların qayıqları və Rusiyadan eləcədə Avropa ölkələrindən dinc ticarət karvanları Bakıya gəlirdi. Tacirlər və səyyahlar buradan yollarına davam edərək cənub-qərbə, Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki ölkələrə, Şərqə, İrana, Çinə, Hindistana gedirdilər. Azərbaycan Avropa ilə Asiyanın şərti sərhəddində yerləşən bir ölkədirsə, Bakı və Abşeron bu ölkənin əsas darvazalarından biri sayıla bilər. Avropa ölkələrinin sakinləri Asiya ilə daha yaxından tanış olmaq üçün bu darvazadan keçməli olurdular. Avropaya can atan Asiya və uzaq Şərq ölkələrinin sakinləri isə Bakıdan da yan keçmirdilər. Böyük İpək Yolunun bir şaxəsi buradan keçirdi.

Bəzi yazılı mənbələrdə qədim Qafqaz Albaniyasında BARUKA adlı bil şəhər barədə məlumat verilir. Alimlərin fikrincə, bu ad Bakıya aiddir. Qədim dövrün müxtəlif yazılı mənbələrində Bakı şəhərinin Baqavan, Atəşi Baqavan, Bakux, Bakuya, Bad-Kubə, Bakı və Baka kimi qədim adlarına rast gəlmək olar.

Şirvanşahlar dövlətinin yarandığı dövrdə Bakının əhəmiyyəti daha da artdı. XII əsrdə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı ciddi zərər çəkdi və bundan sonra arvadı və uşaqları həlak olmuş Şirvanşah I Axisitan Şirvan dövlətinin paytaxtını Bakıya köçürdü. Beləliklə Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah öz yeni paytaxtında İçəri şəhərin qala divarlarını ucaltdı, bu divarların dövrəsində xəndək qazdırdı. Şəhərin əhalisi sənətkarlıqla məşğul olur - xalça, mis və tunc qab-qacaq, silah hazırlayardı. Bu xalq sənəti nümunələrinin çoxu indi dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Bakı Xəzər dənizində strateji limana çevrildi, bu isə onun daha da tərəqqi etməsi üçün əlverişli şərait yaratdı.

Şirvanşahlar Xəzərdə güclü donamma yartmışdırlar. Şirvanşah I XƏLİLULLAHIN hakimiyyəti dövründə (1417-1462) Bakıda çox böyük tikinti işləri aparılır, iqtisadiyyat və mədəniyyət möhkəmlənirdi. 1501-ci ildə ŞAH İSMAYIL SƏFƏVİ Bakını fəth etdi. ŞAH TƏHMASİBİN dövründə (1538-ci il) Şirvanşahlar dövləti SƏFƏVİLƏR dövlətinin tərkibinə daxil oldu. XVIII əsrdə bu dövlət parçalanandan sonra burada müstəqil BAKI XANLIĞI yarandı.

Həmin dövrdə Rusiya imperyasının Qafqaza geopolitik marağı çox güclənmişdi. Bu baxımdan, Bakı xüsusi əhəmiyyət kəsb edirdi. Rusiya çarı I PYOTR Xəzərə yürüş etdi. 1723-cü ildə o, Xəzərə ekspedisiya göndərdi və həmin ildə Pyotrun qoşunları Bakı, Şamaxı, Şirvan, Dərbənd və İranın Xəzəryanı şəhərləri də daxil olmaqla bütün Xəzəryanı bölgəni tutdular. Rusiya ilə İran arasında gedən müharibələr 1813-cü ildə GÜLÜSTAN SÜLH MÜQAVİLƏSİNİN bağlanması ilə başa çatdı. Həmin müqaviləyə əsasən Azərbaycan iki hissəyə parçalandı: şimal hissə Rusiyanın, cənub hissə isə İranın əlinə keçdi.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir