Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-09-2019, 12:31 Oxunub: 181

Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər

Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər

Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib.

Ə.Həsənov deyib ki, "Buraxılmırdı" ifadəsi bir qədər kəskindir, "Dəvət vermirdi" isə başqa ifadədir.

Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük. Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir 5-7 sentyabrda Azərbaycana səfər edib.
XƏBƏR LENTİ
Bu gün, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…Bu gün, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edibBu gün, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirirBu gün, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirikBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!Bu gün, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunubDünən, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcəkDünən, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edibDünən, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildiDünən, 09:54 | Təzyiq ölçə bilən ağıllı saat - Asus VivoWatch SPDünən, 09:52 | Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı16-09-2019, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTO16-09-2019, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlər16-09-2019, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU16-09-2019, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir16-09-2019, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib16-09-2019, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edib16-09-2019, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR