Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Tarix:13-09-2019, 14:59

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokionun “Hosui” ibtidai məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.

Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin 100-dək şagirdi və müəllim heyəti iştirak edib.

Əvvəlcə qonaqlar məktəbin kitabxanası ilə tanış olublar. Mərkəzin sədri Xəlil Kələntər Azərbaycanın tarixi və mədəniyyəti haqqında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi tərəfindən yapon dilində buraxılan nəşrləri, “İrs-İsan” jurnalının nömrələrini məktəbə hədiyyə edib.

Məktəbin akt zalında keçirilən tədbirdə “CMC” təşkilatının əlaqələndiricisi Miçiko Syuda məlumat verərək bildirib ki, son illər Azərbaycan Yaponiyada çox məşhurlaşıb. Bu ölkə qısa müddətdə əldə etdikləri uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini özünə cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərar alınıb. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ilə yaxındır ki, Tokioda yaşayır və elektronika sahəsində çalışan mütəxəssis kimi yalnız Yaponiyada deyil, dünyanın digər ölkələrində də yaxşı tanınıb. Tədbirdə iştirak edən digər azərbaycanlı qonaqlar da şagirdlərə təqdim edilib.

Sonra mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.

Qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.

Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Xəlil Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çoxlu sayda yeni məktəblərin inşa olunduğunu, köhnələrin əsaslı təmirdən sonra yeni avadanlıqla təmin edildiyini vurğulayıb. O, ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini bildirib.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.

Azərbaycan diasporunun Yaponiyadakı fəaliyyəti barədə danışan mərkəzin sədri həmyerlilərimizin bu gündoğar ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında fəal iştirak etdiyini deyib. Bildirib ki, əsasən ziyalı təbəqəsinə məxsus olan Azərbaycan icmasının üzvləri Yaponiya ali məktəblərində təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə, elm və mədəniyyət müəssislərində çalışaraq ölkənin inkişafına öz töhfələrini verməkdədirlər.

Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini bildirən Xəlil Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirib ki, hər il İsmayıllıdan Yaponiyaya və İtodan Azərbaycana səyahət edən şagird və müəllimlər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.

Azərbaycanlı bəstəkar Qənbər Hüseynlinin Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi məşhur “Cücələrim” mahnısının bu il 70 yaşının tamam olduğunu xatırladan Xəlil Kələntər bu uşaq mahnısının dünyanın bir çox xalqları, o cümlədən yaponlar tərəfindən də sevildiyini bildirib. Yapon məktəblilər qonaqlarla birlikdə “Cücələrim” mahnısını ifa ediblər.

Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın ifa etdiyi “Uzun dərə” və “Ceyhuni” rəqsələri uşaqların böyük marağına səbəb olub, onların sürəkli alqışları ilə qarşılanıb.

Sonra tədbir iştirakçıları kiçik qruplara ayrılaraq, şagirdlərin suallarını hərtərəfli cavablandırıblar.

Tədbirdə çıxış edən şagirdlər maraqlı məlumata görə qonaqlara minnətdarlıqlarını bildiriblər. Onlar üçün hazırladıqları mahnını ifa ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib